Nigeriyanın şimalında onlarla tələbə öldürülüb

Nigeriyanın şimal-şərqində yerləşən Yoba ştatında kənd təsərrüfatı kollecində islamçı ekstremistlər azı 50 tələbəni güllələyiblər.
Xəbərlərə görə, yaraqlılar yataqxanaya gecə hücum ediblər və tələbələrə onlar yuxuda olarkən atəş açıblar.
Hücumun islamçı "Boko haram" təşkilatı tərəfindən həyata keçirildiyi güman edilir.
"Boko haram" Nigeriya ərazisində şəriət qanunlarının təsbit olunmasını tələb edir.
Təşkilat eləcə də Qərb stantdartlarına uyğun təhsil sistemi əleyhinə çıxış edir.
