Hüsnü Mübarək azadlığa buraxıldı

Misirin keçmiş prezidenti iki il həbsdə olduqdan sonra azadlığa buraxılıb.
Bununla belə, o ev dustağı olaraq qalır.
Cənab Mübarək saxlandığı Qahirə həbsxana kompleksindən helikopterlərlə çıxarılıb.
Lakin cənab Mübarəki, onu hakimiyyətdən devirmiş aksiyalar zamanı həlak olmuş etirazçıların ölümlərində mümkün rolunu araşdıran mühakimə gözləyir.
Misirin hərbi hakimiyyət dairələri Hüsnü Mübarəkə ev dustağı olduğu barədə xəbərdarlıq veriblər.
Keçmiş prezident məhkəməyə qədər nəzərdə tutulmuş maksimu iki il müddətini həbsxanada keçirdikdən sonra məhkəmə onun şərti olaraq azadlığa buraxılması barədə qərar qəbul edib.
