İnternet pornoqrafiyası beyinləri korlayırmı?

Pornoqrafiya üzrə Britaniyanın ən uğurlu rejissorlarından biri Laura Macrow janrın diqtə etdiyi məlum tərzdə süngərlə maşın yuyacaq kişi və qadın səhnəsini çəkməyə hazırlaşır.
Səhnə daha sonra baxış haqqı tələb edən aktrisanın vebsəhifəsində yerləşdiriləcək.
Lakin siyasi debatların mərkəzində son 5 il ərzində kəskin şəkildə artan pulsuz online pornoqrafik saytların məsələsi durur.
YouTube tərzində qurulmuş bəzi saytlar Luksemburqda mənzilləşən özəl Manwin şirkətinin məhsuludur ki, Laura Macrow ilə müqayisədə tamamilə fərqli biznes modelə söykənir.
Britaniya televiziyalarında pornoqrafiyaya nəzarət edən Abunə Televiziyası Hakimiyyətinin rəhbəri Peter Johnson deyir ki, biznes modelin dəyişməsi pornoqrafik saytların dünya boyu nəhəng trafik cəlb etməsindən xəbər verir.
Cənab Johnson belə saytlardan yalnız birinə hər ay Britaniyadan 66 milyon girişin olduğunu güman edir.
Məzmunun dəyişməsi
1970-ci illərdə müsadirə oluna biləcək məzmuna malik saytlar hazırda geniş yayılıb və belə səhifələrə daxil olan istifadəçinin yaşının təsdiqlənməsi tələb olunmur.
Peter Johnson son 15 il ərzində pornoqrafiyanın təbiətinin dəyişdiyini qeyd edir.
"Biz sorakılığın altmətni haqqında danışırıq - saçları dartma, şillələmə, tüpürmə, seks zamanı təhqiramiz dil - kişinin qüdrətli, qadının itaətkar olduğu fərqli gender münasibətləri", o deyir.
Bu tələbatla təklif məsələsidir. Böyük pulsuz porno kütləsi internet kommersiyanın qaydalarına uyğun olaraq kliklər cəlb edən məzmunu atrırır.
“Müştərilərin daha ekstremal məzmun tələbi bazarı bu tərəfə yönləndirir”, - Peter Johnson deyir.
Materialları televizya və distribütorlar üçün hazırlayan Laura Macrow əksinə, məzmunu mülayimləşdirməli olduğunu deyir.
"Yayım, nəzarət qaydalarına görə biz dəyişməliyik. Biz nəzarət orqanlarının qoyduğu qaydalara tabe olub, onlara əməl etməliyik”.
İnteraktiv pornoqrafiya
İngiltərənin Midland bölgəsindəki evindən işləyən Victoria vebkamerada müştəriləri üçün sado-mazoxizm səhnələrini canlandırır. Onun sözlərinə görə, pornoqrafiya mühüm sosial funksiyaya malikdir.
“Zənnimcə mənim və pornoqrafların etdiyi möhtəşəm, qəşəng və pozitivdir: Biz heteroseksual olmaq istəməyən insanlara bunun normal olmasının dərk edilməsində kömək edirik”.
O, pornoqrafiyanın qadını obyekt etməsilə razılaşmır və zorakılığın artmasından narahat olsa da, məsələnin senzura deyil, təhsil və valideyn məsuliyyətilə həll edilə biləcəyini deyir.
Britaniyada vebkameraya işləyən 3 minədək adam mövcuddur və onların təklif etdiyi məzmunu yoxlamaq çətin və bəlkə də mümkün deyil.
Davranış
Davranışındakı dəyişikliyin pornoqrafiya ilə bağlı olduğunu hesab edən Cindy Gallop Make Love Not Porn saytını təsis edib.
"Sosial baxımdan real dünyada məqbul seks dili olmadığına görə pornoqrafiya dili həmin boşluğu doldurub”.
Onun sözlərinə görə, cinsi əlaqə vaxtı bir çox hallarda məhz pornoqrafiyada işlənilən dili eşitmək olar.
Bostondakı Wheelock kollecinin professoru Gail Dines deyir ki, hətta əlaqələrin erkən mərhələsində qadınlar bir nəsil əvvəl belə rast gəlinməyən tərzdə intim yaxınlığa məcbur edildiyini bildirirlər.
"İnternetdə cüzi mülayim pornoqrafiya qalıb”, - Gail Dines deyir. - Bu, baxanların seksual kimliyinin yenidən formalaşmasına təsir göstərir”.
Bəz görəsən zorakı seks zorakı davranışa səbəb olurmu?
Bu suala klinik tədqiqatlara əsaslanan yekun cavab tapmaq çətindir.
Lakin artan ektsremal təsvirlərlə alışqanlıq arasında əlaqə aydın görünür.




