Antarktida buzlağından nəhəng aysberq ayrılıb

Pine İsland buzlaqı (PİG) Antarktidada ən uzun və sürətlə hərəkət edən buzlaqdır.
Bu buzlaqdan yeni nəhəng aysberqin ayrılması alimlərin marağına səbəb olub.
Ayrılmış aysberqin ölçüləri təxminən 720 kvadrat km təşkil edir ki, bu da Nyu Yorkun Manhattan adasından sahə etibarilə təxminən 8 dəfə böyük bir obyektdir.
Alimlər PİG buzlağından yeni aysberqin ayrılacağını 2011-ci ilin oktyabr ayından bəri gözləyirdirlər. O zaman ilk dəfə olaraq buzlağın üzündə çatın əmələ gəldiyi aşkar edilmişdi.
2011-ci ildə ilk dəfə aşkar edilmiş çatın buzlağın bütün eninə işlədiyini təsdiqləyən məlumat isə bazar ertəsi günü Almaniyanın TerraSAR-X peyki vasitəsilə alınmışdı.
Həmin peyk Antarktida buzlaqlarında çatları aşkar edə bilən radara malikdir.
Qopan aysberq PİG buzlağı şelfinin ön hissəsidir.
Antarktidaya radar nəzarəti
Alman alimləri TerraSAR-X radarı vasitəsilə hər 3 gündən bir görüntülər ala bilirlər.
Bu, Antarktida buzlaqlarının dinamikasını modelləşdirən alimlərə kompüter modellərini təkmilləşdirməyə imkan verir.
Alfred Wegener Institutundan professor Angelika Humbert deyir ki, "alimlər buzlaqdakı çatın inkişaf qanununu öyrənmək niyyətindədirlər".
Antarktidanın şelf buzlaqlarından nəhəng aysberqlər orta hesabla hər 6-10 ildən bir qopur.
Bundan əvvəl bənzər hadisələr 2007-ci və 2010-cu illərdə baş verib.
Alimlər bu prosesi təbii sayır və iqlim dəyişikliyilə birbaşa bağlı olmadığı qənaətindədirlər.
Peyk və havadan edilmiş müşahidələr nəticəsində PİG buzlağının sürətinin artması və onun nazilməsi qeydə alınıb.
Bu hal buzlağın altından ilıq su cərəyanlarının keçməsilə izah edilib.
PİQ buzlağının sərhəd xətti getdikcə quruya tərəf çəkilməkdədir.
Aysberqin ərimə müddəti

Buzlaq dinamikasına nəzarət edən alimlərə görə, qərb istiqamətində hərəkət edən buzlaqların təxminən 10 faizi əriməkdədir.
Britaniya Antarktika müşahidəsi (BAS) təşkilatından professor David Vaughan qeyd edir ki, "PIG buzlağı planetin ən sürətlə əriyən buzlağıdır".
"Bu ən sürətlə əriyən buzlaqdır və Yer üzündə suyun səviyyəsinə təsir göstərir, buna görə bu buzlağı tədqiq etməyə dəyər", professor qeyd edib.
PİG buzlağında 30 km-lik böyük çatın əmələ gəlməsi ilk dəfə 2011-ci ildə NASA ekpedisiyası tərəfindən qeytdə alınıb.
O zamandan bəri, çoxları düşünürdü ki, buzlaq tez bir zamanda parçalanacaq.
Professor Humbert-in sözlərinə görə, əsas buzlaqdan yeni hissəsinin qopması azı 2 ay çəkib.
Onun təbirincə, indi aysberqin neçə vaxta sahil xəttindən uzaqlaşaraq açıq okeana çıxacağını izləmək maraqlı olardı.
Bu prosses bir neçə ay müddətədək çəkə bilər və müvafiq məlumatın TerraSAR-X radarı vasitəsilə təmin ediləcəyi güman edilir.
Dünyada ən iri qeydə alınmış aysberq indiyədək B-15 adlanan buzlaq bloku olub.
2001-ci ildə bu blok Ross İse şelfindən qırılıb ayrılanda sahəsi təxminən 11,000 kvadrat km təşkil edib.
Bu blokun Cənubi Okeanda tam şəkildə ərinməsi bir neçə ayadək vaxt tələb edib.




