ABŞ-da günəş enerjisilə işləyən təyyarə ölkə üzərində uçuşunu başa vurub

Solar İmpulse
Şəklin alt yazısı, Təyyarənin qanadları və stabilizatoru 12 min günəş elementlərindən ibarət lövhəciklərlə örtülüb.

Solar Impulse günəş enerjisilə işləyən təyyarə ABŞ üzərində uçuşunu Nyu Yorkda baş vurdu.

Günəş enerjisilə işləyən təyyarə uçuşu başa vuraraq Nyu York aeroportunda yerə enib.

Təyyarə Vaşonqtondan səhər saat 5-də havaya qalxıb, və axşam saat 23-də Nyu Yorkda yerə enib.

Təyyarıənin ABŞ üzərindən transcontinental uçuşu San Francisco şəhərində may ayının əvvəlində başlamışdır.

Uçuş zamanı təyyarə 70km/saat sürətinə nail ola bilmişdir.

ABŞ boyu uçuşu zamanı təyyarə Feniks, Arizona, Dallas, Texas, St Lous və Missuri də dayanacaqlar etmişdir.

Uçuş zamanı nə pilot, nə də ki təyyarə üçün təhlükə yaranmamışdır.

Solar Impulse təyyarəsinin qanardlarının ölçüləri Airbus A340 qanadlarının ölçüsü ilə demək olarkı üst üstə gəlir, lakin çəkisi cəmi 1.6 tonndur.

Müqayisə üçün, uçuşa hazır vəziyyətdə olan Airbus A340 təyyarəsinin çəkisi 370 ton olur.

Təyyarənin qanadları və stabilizatoru 12 min günəş elementlərindən ibarət lövhəciklərlə örtülüb.

Həmin lövhəciklərin topladığı günəş enerjisi təyyarəinin 4 propelllerini işə salır və təyyarənin 400 kiloluq litium-ion batareyalarını dolduraraq təyyarənin gecə vaxtı uçuşunu təmin etmiş olur.