Əfqanıstan: intiharçı hücum 6 gürcü hərbçisinin ölümünə bais olub

Helmand

Əfqanıstanın cənubunda baş verən intiharçı həmlədə 6 hərbçi həyatını itirib, 9 əsgər xəsarət alıb.

Gürcüstanın Müdafiə nazirliyi yaralıların müalicə olunduğunu bildirib.

Prezident Mixail Saakaşvili azadlıq və müstəqillik uğrunda növbəti dəfə qurban verildiyini bildirib.

Yük maşınında quraşdırılmış partlayıcı maddə Hilmənd vilayətindəki Novzad hərbi bazasına daxil olaraq işə salınıb.

BBC müxbirinə əsasən ABŞ əsgərlərinin xidmət etdiyi bazanın təhlükəsizliyini Gürcüstan əsgərləri təmin edir ki, intiharçının ilk hədəfi olublar.

Əfqanıstandakı NATO qüvvələri tərkibində Gürcüstan 1500 nəfərlik kontinqentlə təmsil olunub.

Gürcüstan beynəlxalq koalisiyada 2004-cü ildən iştirak edir.

O vaxtdan bu yana Əfqanıstanda Gürcüstanın 30 hərbçisi öldürülüb.

Gürcüstan həbçiləri Kosova və İraqda xidmət edirlər.