2.7 kilometrlik asteroid Yerdən yan keçib

Yer kürəsinə ən yaxın trayektoriyası ilə keçən anlarda asteroidi planetimizdən 5,800,000 kilometrlik məsafə ayırıb.
Alimlər asteroidin Yerlə toqquşmaq ehtimalının olmadığını deyiblər.
Fevral ayında 45 metr diametri olan <link type="page"><caption> 2012 DA14 asteroidi Yerdən 27,7 min</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2013/02/130205_asteroid_video.shtml" platform="highweb"/></link> km aralı keçib.
1998 QE2 adlı asteroid Yerə Bakı vaxtilə 01:59-da (20:59 GMT) yaxınlaşıb.
Asteroidin peyki var
Kifayət qədər böyük asteroid hətta özünün təbii peykinə malikdir.
Belfast şəhərindəki Queen's Universitetindən professor Alan Fitzsimmons Yer kürəsi yaxınlığında bu böyüklükdə 600-dək obyektin mövcud olduğunu deyib.
"Önəmlisi budur ki, belə bir ölçüdə cism bizə çırpılarsa bu çox güman ki, qlobal ekoloji dağıntıya səbəb olacaq. Buna görə də bu kimi obyektləri öyrənmək mühümdür".
Alimlər asteroidin tərkibini və Günəş sisteminə hardan gəldiyini müəyyən etməyə çalışacaqlar.
Uzaqdan qonaq
Son 200 il ərzində Yer kürəsinə ən yaxın məsafədən keçən 1998 QE2 asteroidi yenidən kosmosun dərinliyinə doğru hərəkət edir.
Prof Fitzsimmons parlaqlığı və radardan alınmış parametrlərə əsasən kosmik cismin asteroid kəməri kənarından daxil olduğunu deyib.
Öncəki təhlillər asteroidin 600 kilometrlik peykə malik olduğunu göstərir.
Son zamanlar kosmosdan gələn potensial təhlükələrə maraq oyanmaqdadır.
Alimlər hər il yer kürəsi yaxınlığında 800 yeni fəza cismi aşkar edirlər.
1000-dən artıq asteroidin Yer üçün təhlükə təşkil etdiyi hesab olunur.
2005-ci ildə Yerdən 300 min kilometr məsafədən YU 55 nömrəli asteroid keçib.




