Suriya müxalifətinə silah göndərilməyə bilər

Silah göndərilməməsi barədə təklifi Britaniyanın xarici işlər naziri cənab Hague edib.
Şəklin alt yazısı, Silah göndərilməməsi barədə təklifi Britaniyanın xarici işlər naziri cənab Hague edib.

Avropa Birliyinin xarici işlər nazirləri Britaniya və Fransanın Suriyaya qarşı sanksiyaların asanlaşdırılması çağırışlarını müzakirə edəcək. Çağırışlarla razılıq əldə edilərsə, qiyamçılara silah təmini azala bilər.

Brüsseldə keçiriləcək görüşdə Britaniya xarici işlər naziri William Hague hazırki vəziyyətdən narazılıq edəcəyi gözlənilir.

O silahların müxalifətin “mülayim” qüvvələrinə göndərilməsini istəyə bilər.

Lakin bir neçə AB ölkəri silah embarqosunun bitməsini narazılıqla qarşılayır.

Suriya höküməti bundan öncə bildirib ki, o gələn ay Cenevrədə beynəlxalq sülh konfransında iştirak edəcək, bu isə, ABŞ və Rusiyada ümidlər yaradıb.

Suriyalı xarici işlər naziri Walid Muallem deyib ki, bu konfliktin “siyasi həlli üçün yaxşı şans” olar bilər.

Birləşmiş Millətlər Təşkilatının rəqəmlərinə görə, Suriya konfliktində indiyə kmi 80 min insan həyatını itirib.

Suriyalı müxalifətçilər də yeganə şərtləri yerinə yetirilərsə həmin konfransda iştirak etmək istəyir. Bu şərt, prezident Bashar al-Assad-in tədbirə gəlməməsidir.

Cənab Hague isə müxalifətin hökümətlə danışıqlara gəlməsi üçün AB ölkələrinin birincilərə silah verməsini istəmədiyini deyib.

“Biz insan həyatlarının qorunması üçün bütün yollara açıq olmalıyıq, nəinki hazırki ekstremizm və ölümlər vəziyyətinə yardım etmək”

Bazar günü baş tutacaq müzakirələrdə Suriya müxalifəti sayılan “Suriya İnqilabı və müxalif qüvvələri üçün Milli Koalisiya”ya silah göndərib- göndərməməkdən danışılacaq.