Beyrutun cənub hissəsi raket atəşinə tutulub: yaralananlar var

Livanın paytaxtı Beyrutun cənubuna ən azı 3 nəfər raket zərbəzi nəticəsində yaralanıb.
Rəsmilər və sakinlərin təbirincə, 2 raket Hizbullah təşkilatının nəzarətində olan rayona düşüb.
Beyrutda gərginliyin artmasının səbəb kimi Suriyada davam edən münaqişə göstərilir.
Şənbə günü, Hizbulla lideri Həsən Nəsrullah, rəhbərlik etdiyi qüvvələrin Suriya prezidenti Bəşər Əsədə dəstək göstərməkdə davam edəcəyini vəd edib.
Hizbullanın mövgeyinə raketlərin kimin tərəfindən atıldığı məlum deyil.
Daxili işlər naziri Marwan Charbel bildirib ki, 8 km məsafəli 107 mm reaktiv raket mərmiləri ehtimallara görə cənub-şərqdəki mövgelərdən atılıb.
Məlumatlara görə, son günlər ərzində Suriyada gedən döğyüşlərdə hökümət qoşunları ilə yanaşı sünni müxalifət ilə döyüşlərdə yüzlərlə Hizbulla döyüşçüsü də həlak olub.
Ötən həftə ərzində Suriyada hökümət qoşunlarının üsyançılarla Qüseyr şəhəri uğrunda döyüşlər gedib.
syria




