Eurovision 2013 Mahnı Müsabiqəsi başlanıb

İsveçdə "Eurovision 2013" mahnı müsabiqəsi rəsmən açıq elan edilib.
Bu ilki iştirakçıların təqdimatı ilə başlanan tədbirdə 2012-ci ildə İsveçə qalibiyyət gətirən Loreen iştirak edib.
2013-cü ilin Eurovision-da 39 ölkə iştirak edir.
Müsabiqənin mayın 18-də Əsas Finalla bitməsi planlaşdırılır.
Eurovision 2012-ci ildə Azərbaycanda keçirilib.
Bu 2011-ci ildə azərbaycanlı iştirakçılar, Nikki Camal və Eldar Qasımovun qazandığı qələbədən sonra mümkün olub.
Lakin beynəlxalq insan haqları təşkilatları azərbaycanlı təşkilatçıları və Azərbaycan hökümətinin tədbiri insan haqlarının pozulması halları ilə keçirdiyini deyib.
Hazırda tədbirin keçirildiyi Malmö şəhərində Azərbaycanı "Hold Me" mahnısı ilə <link type="page"><caption> Fərid Məmmədov</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130315_eurovision_rep.shtml" platform="highweb"/></link> təmsil edir.
BBC One yazır ki, 21 yaşlı Fərid ötən il "Böyük Səhnə" adlı yerli televiziya müsabiqəsindən sonra məşhurlaşıb.
Həm də muğam təhsili olan Məmmədovun valideynləri də musiqiçidir. O, musiqidən başqa, sərbəst güləş və kapoeyra idman növü ilə məşğul olur.




