100 yaşadək və ondan da artıq yaşamağın müxtəlif yolları ola bilər

Britaniyada hazırda təxminən 12000 adam 100 yaş hədini addayıb.
102 yaşlı Nora Hardwick xeyriyyə təqvim bukleti üçün çılpaq şəkil çəkdirib.
"Dedilər ki 12 ayın hər biri üçün kifayət qədər xanım yoxdur. Çox zövqlə hazırlanmışdı", Nora Hardwick deyir.
Xeyriyyə təqvimi üçün çəkdirdiyi çılpaq fotoda önün lüt bədənin bir hissəsini yalnız tül çəhrayı şərf örtür.
1905 il təvəllüdlü Nora Hardwick bütün həyatını demək olarkı insanlara, yerli icmaya həsr edib.
Yerli Lincolnshire qraflığının Ancaster qəsəbəsində poçt idarəsinə uzun illər boyu rəhbərlik edib, yerli bələdiyyədə 35 ilə yaxın işləyib, ərazidə yaşayan uşaqlar üçün oyun meydançasının qurulması məqsədilə pul toplama xeyriyyəçilik kampaniyalarına yardım göstərib.
Çox gümankı, onun uzunömürlüyünü təmin edən əsas amil də elə onun filantropik həyat tərzi olub.
Bir sıra elmi tədqiqatlar belə düşünməyə əsas verir ki, ətrafdakıların maraqlarını özünkündən irəliyə çəkən xeyirxah insanlar arasında ölüm hallarının azalması müşahidə edilir.
Nəzəriyyə bundan ibarətdir ki, başqalarına kömək edən insan öz gözündə böyüyür, özünə daha yüksək qiymət verməyə başlayır, daha yüksək səviyyədə dəyərləndir, bu isə öz növbəsində həmin xeyirxah insanın orqanizmində endorfinlərin əmələ gəlməsi proseslərini gücləndirir, sürətləndirir, nəticədə orqanizm sağlamlaşır, insanın ömrü uzanır.
Bəzi elmi araşdırmalara əsasən, bucür hisslər keçirən insanda stress hissi zəifləyir, yox olur, əksinə müsbət, nikbinli hisslər oyanır və güclənir, insanın immun sistemi nəticədə möhkəmlənir.
106 yaşlı Nora Hardwick bugündə başqalarının maraqlarını öz maraq və qayğılarından irəliyə çəkir və hərdən bir də, hətta, bir qədəh viski də qəbul etməyi özü üçün qəbahət saymır.
Yeri gəmişgən alkoholun da insan ömürünün davamiyyətına təsiri barədə elmi məqalələrdə müxtəlif fikirlər dolaşmaqdadır.
NHS Britaniya Səhiyyə Sisteminin 2012 il mart ayında yaydığı statiskaya görə, İngiltərədə ciyər xəstəliklərindən ölənlərin sayı rekord vurub.
Bəzi elmi araşdırmalara görə, az miqdarda alkoholun qəbul edilməsi insan ömürunü uzada bilər. Lakin burada qeyd olunmalıdır kı, bu qəbildən olan təcrübələr yalnız qurdlar, və digər insan olmayan canlılar üzərində aparılıb.
Bir qayda olaraq alimlər uzunömürlüyü təmin etmək üçün daha çox hərəkət etməyi, balanslaşdırılmış, sağlam, vitamin və minerallarla zəngin yemək yeməyi tövsiyyə edirlər. Bəzi araşdırmalara görə, aşağı kaloriyalı diyeta orta hesabla insanın ömürünə orta hesabla 25 il əlavə edə bilər.
Təxminlərə görə Britaniyada hazırda dünyaya gələnkörpələrin orta hesabla dörddə biri 100 yaşlndan artıq yaşayacaq. Buna baxmayaraq alimlərin 100 yaşınadək yaşamağın sirri nədir sualına birmənalı cavabı yoxdur.
"100 yaşınadək yaşamaq üüçün nə etmək lazımdır sualına elm birmənalı cavab verməkdə çətinlik çəkir, çünki uzun ömür yaşayanlardan hərənin bir, özünəməxsus resepti olur",
Londonun Kings College universitetinin uzunömürülük sahəsində araşdırmalar aparan elmi işçisi, professor Tim Spector deyir.



