Yaponiyada dəhşətli zəlzələnin ildönümü qeyd olunur

Yaponiyada sunami qurbanları yad edilir.
Bu gün Yaponiyada dəhşətli zəlzələnin ildönümünü qeyd olunur.
15800 adam zəlzələnin törətdiyi yeraltı təkanlar və sunaminin qurbanı oldu. 3 mindən artıq adam itkin düşdü.
Fəlakətin fəsadlarından hələ də qurtarmayan Yaponiyada bu münasibətlə anım mərasimləri təşkil edilir.
Yaponiyanın baş naziri Yoşihiko Noda itirilən 20 min həyat və bu təbii fəlakətdən sonra o ölkəyə verilən dəstəyin heç vaxt unudulmayacağını deyib.
Bu gün Tokio və digər şəhərlədə təşkil ediləcək mərasimlərə yerli vaxtla saat 14:46-da 1 dəqiqqə sükutla zəlzələ qurbanlarının xatirəsi yad edilib.
Ötənilki zəlzələnin gücü 9 bal olub, episentri Tokiyodon 400 km şimal-şərq istiqamətində yerləşib.
Yeraltı təkanların ardınca həmin bölgə dağıdıcı tsunaminin zərbəsinə məruz qaldı.
Təbii fəalkət Fukusima AES-də 6 reaktordan 4-n sıradan çıxmasına, yanğın nəticəsində dağılmasına səbəb oldu. Şulanamanın birbaşa nəticəsində 5 nəfər həlak oldu. Stansiya ətrafında 20 km-lik zonadan 80 min sakini köçürmək lazım gəldi.
Hazırda Fukusima AES-ı istismar edilmir. Lakin qəzanın nəticələrini aradan qaldırmaq üçün, ekspertlərə görə, onilliklər qədər vaxt tələb olunacaq.




