İran: sanksiyalar təqdirində Hörmüz boğazı bağlanılacaq

İran vitse-prezidenti neftin ixracına qərb sanksiyalarının tətbiqi təqdirində Hörmüz boğazından tankerlərinin hərəkətinin bağlanılacağı ilə hədələyib.
Məhəmmədrza Rəhimi deyib ki, sanksiyalar genişlənərsə “boğazdan bir damla da olsun neft keçməyəcək”.
Dəniz Donanmasının komandanı admiral Həbibulla Sayari Hörmüzün “asanlıqla” bağlana biləcəyinə deyib.
ABŞ İranın bəyanatının əhəmiyyətinin azaldılmasına çalışıb.
Dövlət Departamenti nümayəndəsi Mark Toner Tehranın hədələrini nüvə proqramından diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

Amerika və onun müttəfiqləri İranı nüvə silahı əldə etmək niyyətində suçlayırlar.
Tehran nüvə proqramının sülh məqsədli olduğunu deyir.
Bu ərəfədə İran gəmiləri boğazın şərq hissəsində hərbi təlimlər keçiriblər.
Dünya tanker donanmasının təqribən 40 faizi Hörmüz boğazından keçir və onun bağlanması nəticəsində dünya bazarlarında neft çatışmazlığı yarana və yanacağa qiymət sıçrayışla arta bilər.
"Nüvə silahının inkişafı” ilə bağlı sınaqlardan sonra Qərb ölkələri Tehrana qarşı yeni sanksiyalar qəbul ediblər.
Qərb ölkələrinin maliyyə və neft sektorunu hədəfləyən əlavə sanksiyaları Tehranın kəskin tənqidinə səbəb olub.
“Düşmənlər qəsdlərindən yalnız onları yerlərinə otuzdurduğumuz təqdirdə əl çəkəcəklər”, - deyib çərşənbə axşamı İRNA agentliyinə verdiyi şərhində Məhəmmədrza Rəhimi.




