Xoşbəxtlik nədir?

Britaniyada hökumət ölkə əhalisi üçün xoşbəxtliyin meyarlarını ölçmək qərarına gəlib.
Milli Statistika İdarəsi bu plana uyğun olaraq yeni sorğu keçirəcək. İnsanlardan soruşacaqlar: həyatınızdan, ərinizdən, arvadınızdan və ya partnyorunuzdan razısınızmı?
MSİ rifahın 10 göstəricisinin siyahısını dərc edib və bunlara sağlamlıq, təhsil, gəlir, iş və siyasətçilərə inam daxildir.
Milli rifah göstəricilərinin siyahısı 34 min adamın cəlb olunduğu və "Sənin üçün nə əhəmiyyətlidir" sualı ətrafında beş ay davam edən müzakirələrdən sonra tərtib olunub.
Statistiklər bunu 10 sahəyə aid ediblər - onlardan 7-i şəxsi rifaha, digər 3-ü isə idarəetmə, iqtisadiyyat və ətraf mühitə aid suallardır.
MSİ-nin siyahısında fərdi xoşbəxtlik birinci yeri tutur.
"Yaşamağa dəyirmi?"
Soruşulacaq sualların bəziləri belədir: "Sizcə həyatda yaşamağa dəyirmi?" Əriniz, arvadınız və ya partnyoruzundan razısınızmı?"
İnsanlardan həmçinin işlərindən razı olub-olmadıqları, iş və şəxsi həyat arasında tarazlığa nail olub-olmadıqları soruşulacaq.
Cavab axtarılacaq digər suallar insanların maliyyə vəziyyətilə bağlıdır. Məsələn ailə gəlirlərinin səviyyəsinin onları qane-edib etmədikləri sual olunacaq.
Fərdin təhsili, eləcə də, yeni şeylər öyrənməyə marağı barədə də sual veriləcək. Təhsil haqda suallardan biri də, milli təhsil sisteminin qaneedici olub-olmaması ilə bağlıdır.
Ümumi məsələlər arasında insanların Parlamentə etibar edib-etmədikləri, iqtisadiyyat və ətraf mühitin vəziyyəti barədə fikirləridir.
Sorğunun nəticələri gələn ilin baharında dərc olunacaq.
Bəs sizin üçün xoşbəxtlik nədir? Sizcə həyatda yaşamağa dəyirmi?
<italic>Cavablarınızı <link type="page"><caption> Facebook səhifəmizə </caption><url href="http://www.facebook.com/pages/BBC-AZERI/347501767628" platform="highweb"/></link>və ya [email protected] ünvanına göndərin. </italic>




