Rusiya raketi içərisində “1000 insan olan” ticarət mərkəzini vurub

Zelenski, ticarət mərkəzi

Şəklin mənbəyi, Facebook/Volodimir Zelenski

Rusiya Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərində içərisində “1000 insan olan” ticarət mərkəzini vurub.

Hadisə yerindən əldə edilən görüntülərdə məkana ciddi ziyan dəydiyi, çökən binanın alovlandığı və yanğınsöndürmə qruplarının alovun qarşısını almaq üçün mübarizə apardığı görünür.

Poltava vilayət administrasiyasının rəhbəri Dmitri Luninin sözlərinə görə, Kremençukdakı ticarət mərkəzinə raket zərbəsi nəticəsində azı on nəfər ölüb və 40 nəfər yaralanıb.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Lunin hücumu "müharibə cinayəti" adlandırıb.

Ölən və yaralananların sayının daha çox olduğu güman edilir.

Ticarət mərkəzinə raket zərbəsi yerli vaxtla saat 15:50 radələrində vurulub.

Prezident Volodimir Zelenski Telegram-da bildirib ki, raket atılan zaman ticarət mərkəzində 1000 nəfər olub.

"O, yanır və xilasedicilər yanğını söndürməyə çalışırlar, qurbanların sayını təsəvvür etmək mümkün deyil", Zelenski Telegram-da yazıb.

Ticarət mərkəzi "Rusiya ordusu üçün heç bir təhlükə yaratmır" və ruslar üçün "strateji əhəmiyyət kəsb etmir", o əlavə edib.

"İnsanlar yalnız normal həyat sürmək istəyirdilər, bu da işğalçıları çox qəzəbləndirir. Rusiya çarəsizlikdən adi insanları vurmağa davam edir. Bundan ağlabatan və ya humanist olmasını gözləmək əbəsdir", Volodimir Zelenski qeyd edib.