Qazaxıstan: Tokayev yanvar hadisələri ilə bağlı beynəlxalq araşdırmaya "ehtiyac görmür"

Tokayev

Şəklin mənbəyi, TASS

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azı 225 nəfərin ölümü, 4353 nəfərin yaralanması ilə nəticələnən və ölkəyə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının yeridilməsi ilə müşayiət olunan yanvar hadisələri ilə bağlı beynəlxalq təhqiqatın aparılmasına ehtiyac görmədiyini bildirib.

Ölkədə baş vermis iğtişaşlardan sonra verdiyi ilk televiziya müsahibəsində Tokayev Qazaxıstanın terrorçuların hücumuna məruz qaldığını yenidən təkrarlayıb..

"Qazaxıstandakı hadisələrlə bağlı beynəlxalq araşdırmaya gəlincə, mən belə bir araşdırma aparmarılmasına ehtiyac görmürəm. Bu işin öhdəsindən özümüz gələrik", - Tokayev yanvarın 29-da Qazaxıstanın Khabar-24 televiziya kanalına müsahibəsində deyib.

Avropa Parlamenti yanvarın 20-də səs çoxluğu ilə "Qazaxıstan xalqına qarşı törədilmiş cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasını" tələb edən qətnamə qəbul edib.

Tokayev qətnaməni "qərəzli" adlandırıb.

Müsahibənin gedişində Tokayev sələfi Nursultan Nazarbayevin fəaliyyətini "obyektiv" qiymətləndirdiyini bildirib və Nazarbayevlə münaqişədə olduğu və ya "sövdələşdiyi" barədə şayiələri təkzib edib.

Yanvarın 28-də Tokayev Qazaxıstanın hakim Nur Otan partiyasının qurultayında Nazarbayevin yerinə partiya sədri seçilib.

Tokayev hakim partiyanın qurultayında Nursultan Nazarbayevin faliyyəti ilə bağlı deyib ki, "birinci prezident ölkəmizin güclü dövlətə çevrilməsi üçün çox işlər görüb".

Kasım-Jomart Tokayev müsahibəsində bildirib ki, o, Prezident vəzifəsində iki dəfədən artıq qalmağı planlaşdırmır.

Prezident qeyd edib ki, bunun üçün ölkə Konstitutsiyasına dəyişiklik edilməyəcək.

Qazaxıstan Konstitusiyasına görə, ölkə Prezidenti beş il müddətinə seçilir, eyni şəxs ardıcıl iki dəfədən artıq dövlət başçısı ola bilməz.

Baş Prokurorluq iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb

Almatı

Şəklin mənbəyi, Gavriil Grigorov

Qazaxıstanda iğtişaşlar zamanı 4,5 mindən çox insan xəsarət alıb, morqlara 225 meyit gətirilib, ölkənin Baş Prokurorluğunun cinayət təqibi xidmətinin rəisi Serik Şalabayev bildirib.

"Indiyədək 4578 zərərçəkən qeydə alınıb, onlardan 4353 nəfər, o cümlədən güc strukturlarının 3393 əməkdaşı yaralanıb. Fövqəladə Vəziyyət dövründə morqlara 225 meyit gətirilib",- Baş Prokurorluğun rəsmisi deyib.

Onun sözlərinə görə, ölənlər arasında 19 polis və hərbçi olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində vəfat edib.

Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən 446 nəfər həbs olunub. "Hazırda istintaq-əməliyyat qrupu tərəfindən 546 cinayət işi araşdırılır", Şalabayev bildirib.

Onun sözlərinə görə, cinayət törətməkdə şübhəli bilinən 672 nəfər müvəqqəti saxlama təcridxanalarına yerləşdirilib.

Sənədləri yoxlanıldıqdan sonra prokurorluq orqanları tərəfindən 100-ə yaxın adam sərbəst buraxılıb.

Sülhməramlı qüvvələri daşıyan sayca 20-ci təyyarə Qazaxıstandan Rusiyaya uçub

Rusiya

Şəklin mənbəyi, TASS

Bu gün Rusiya hərbi-nəqliyyat təyyarələri Qazaxıstanı tərk edən rusiyalı hərbçiləri Moskva vilayətindəki Çkalovski aerodromuna daşımaqda davam edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri tərkibində Qazaxıstana göndərilmiş Rusiya kontingentini geriyə daşıyan Rusiya hərbi-nəqliyyat aviasiyasının sayca 20-ci təyyarəsi (An-124 Ruslan) bu gün Almatı aerodromundan Moskva vilayətindəki Çkalovski aerodromu istiqamətində yola düşüb.

Qazaxıstandan Rusiyaya sülhməramlı qüvvələri daşıyan artıq 19 təyyarə (18 İl-76 və 1 Ruslan An-124) Moskva yaxınlığındakı Çkalovski aerodromuna qayıdı.

Həmçinin bu gün aerodromda Rusiya desant qoşunları komandanlığının iştirakı ilə sülhməramlı kontingentin təntənəli qarşılanma mərasimi keçiriləcək.

Tədbir başa çatdıqdan sonra şəxsi heyət daimi dislokasiya məntəqəsinə yollanacaq.

Tokayev Qazaxıstanda həlak olanların "dəqiq sayını" müəyyənləşdirməyi tapşırıb

Qazaxıstan

Şəklin mənbəyi, TASS

Qazaxıstan Prezidenti ölkədə baş vermiş iğtişaşlar nəticəsində həlak olanların "dəqiq sayını" müəyyənləşdirməyi tapşırıb.

Kasım-Jomart Tokayev bu tapşırığı güc strukturlarının rəhbərliyi ilə keçirdiyi müşavirədə verib, Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.

"Ölkədə, o cümlədən Almatıda baş verən faciəli hadisələrin hərtərəfli araşdırılması, mülki əhali arasında ölənlərin dəqiq sayının müəyyən edilməsi tapşırıb", mətbuat xidmətinin məlumatında deyilib.

Müşavirədə güc strkturlarının fəaliyyətinin "kritik vəziyyətlərdə əlaqələndirilməsinin" normativ bazasının hazırlanması, "xüsusi əməliyyat qüvvələrinin" yaradılması, həmçinin milli təhlükəsizlik sisteminin islahatına dair təkliflərin təqdim edilməsinə dair tapşırıqlar verilib.

Tokayev həmçinin antiterror əməliyyatı və istintaq hərəkətləri zamanı "vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsinin vacibliyini vurğulayıb", Prezidentin mətbuat xidməti qeyd edib.

Almatı metropoliteni yanvarın 17-dən işini bərpa edəcək

Almatı

Şəklin mənbəyi, Getty Images

Ötən həftənin əvvəlində iğtişaşlar nəticəsində fəaliyyəti kəsilmiş Almatı metropoliteni bazar ertəsi, yanvarın 17-dən işini bərpa edəcək, şəhər nəqliyyatı İdarəsinin mətbuat xidməti bildirib.

"Metropoliten yanvarın 17-də saat 07:00-dan 21:00-dək sərnişinlər üçün açıq olacaq. Qatarların hərəkət intervalı pik saatlarında 10 dəqiqə, qalan vaxt isə 13 dəqiqə təşkil edəcək. Metronun iş qrafikində gələcək dəyişikliklər barədə əlavə məlumat veriləcək", mətbuat xidməti qeyd edib.

Almatı metropoliteni olan Qazaxıstanın yeganə şəhəridir.

Elə həmin gündən şəhərdə ictimai nəqliyyat, o cümlədən trolleybuslar və şəhərətrafı marşrutlar axşam saat 21:00-dək işləyəcək.

Qazaxıstandan Rusiyaya 10 təyyarə qoşun qayıdıb

Rusiya qoşunları Qazaxıstanı tərk edir

Şəklin mənbəyi, Mil.ru

Rusiya sülhməramlılarınnı daşıyan on təyyarə Qazaxıstandan Rusiyanın İvanovo şəhərinə qayıdıb.

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasında iştirak etmiş Rusiya desant qoşunlarını daşıyan 10 təyyarə Rusiyanın İvanovo şəhərinin Severnı aerodromuna enib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Qazaxıstandan yola düşmüş və göyərtəsində KTMT kollektiv sülhməramlı qüvvələrinin tərkibindən olan Rusiya sülhməramlılarını daşıyan 10 təyyarə İvanovo şəhərinin Severnı aerodromuna enib", - məlumatda bildirilib.

Daha əvvəl Rusiya müdafiə nazirliyinə məxsusus daha iki təyyarə Moskva ətrafındakı Çkalovski aerodromunda enib. Ümumilikdə, Rusiya qoşunlarının şəxsi heyəti və texnikasının daşınması üçün 15 İl-76 və üç An-124 təyyarəsi cəlb olunub.

Qazaxıstandan sonuncu təyyarə qayıtdıqdan sonra missiyanın başa çatması ilə əlaqədar təntənəli tədbirin keçiriləcəyi nəzərdə tutulub. Sonra sülhməramlılarin daimi dislokasiya məntəqələrinə qayıdacaqları deyilir.

Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlıları Qazaxıstanı tərk edib

Rusiya Ermənistan Qırğızıstan Tacikistan və Belarusiya KTMT sülhməramlıları Qazaxıstandan çıxır

Şəklin mənbəyi, TASS

Ermənistan, Tacikistan və Qırğızıstandan olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının bölmələri Qazaxıstandan daimi dislokasiya yerlərinə yola düşüblər, TASS xəbər agentliyi bildirir.

Ermənistandan olan qüvvələrin avtomobilləri və şəxsi heyəti Rusiya Aerokosmik Qüvvələrinə məxsus 3 nəqliyyat təyyarəsi ilə Almatı hava limanından çıxarılıb, Rusiya mediası yazır.

KTMT-nin Belarusdan olan sülhməramlılarının da yüklənməni başa vuraraq Qazaxıstanın Jitıgen aerodromundan 10 təyyarə ilə Minsk-ə yola düşdüyü bildirilir.

Qazaxıstanda sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən KTMT-nin sülhməramlılarının Rusiyaya məxsus qüvvələrinin bir hissəsi "dörd ədəd İl-76MD hərbi-nəqliyyat təyyarəsi ilə Almatı aerodromundan daimi yerləşdirmə nöqtəsinə geri dönüb," - Rusiya Müdafiə Nazirliyi (MN) cümə günü xəbər yayıb.

Qurum, həmçinin, bu həftəsonu KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin öz bazalarına qaytarılmasının davam etdiriləcəyini açıqlayıb.

"KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstanda vəziyyətin normallaşması üçün qısa müddətə Qazaxıstana göndərilib. Sülhməramlıların ölkədən tədricən çıxarılması yanvarın 13-də başlayıb". Rusiya MN "sülhməramlıların daimi dislokasiya məntəqələrinə qaytarılmasının bu il yanvarın 19-dək başa çatdırılmasının planlaşdırıldığını" bəyan edib.

Tacik hərbçilər bayram günləri olduğu üçün Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir "İl-76" hərbi təyyarəsi ilə yola düşüblər.

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamət alıblar, Rusiya mediası yazır.

Almatı

Şəklin mənbəyi, Getty Images

"Antiterror əməliyyatları başa çatıb"

Cümə axşamı günü Qazaxıstanda Almatı şəhəri, Alma-atı və Jambıl əyalətlərindən başqa bütün bölgələrində "antiterror əməliyyatları başa çatıb".

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi açıqlayıb ki, ölkədə terror təhlükəsinin "qırmızı" həddi ləğv olunub, İnterfax agentliyi yazır.

Eyni zamanda, məlumatda vurğulanır ki, Alma-Ata şəhəri, Alma-Ata və Jambıl vilayətlərində kütləvi iğtişaşlarda iştirak etmiş terrorçuların və digər cinayət əməllərində iştirak edən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Son sutka ərzində Alma-ata əyalətində iğtişaşlarda iştirak etmiş 2 minə yaxın şəxs saxlanılıb, ərazi komendantlığı açıqlayıb.

Almatıda iğtişaşların baş verdiyi Respublika meydanı da açılıb.

İnterfax meydandan beton maneələrin yığışdırıldığını, hərbçilərin isə ərazini tərk etdiyini deyir.

Respublika meydanında yerləşən meriya binası yanvarın 5-də yandırılmışdı.

Almatı hava limanı

Şəklin mənbəyi, Valeriy Şarifulin/TASS

Almatı hava limanına iğtişaşlardan sonra ilk mülki təyyarə enib.

Yanvarın 6-da Almatı hava limanına edilən hücumda hava limanı dağıdılmış, kafelərin, mağazaların, aviabilet satışı məntəqələrinin şüşələri sındırılmışdı.

Ölkədə iğtişaşlarla bağlı hava limanı fəaliyyətini bir müddət dayandırmışdı.

KTMT qüvvələri

Şəklin mənbəyi, Getty Images/Valery Sharifulin

Qazaxıstan prezidenti KTMT qüvvələrinin ölkədən çıxarılacağını bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırda ölkədə sülhməramlı missiya həyata keçirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin növbəti iki gün ərzində ölkədən çıxarılmasına başlanacağını elan edib.

Yanvarın 11-də televiziya vasitəsi ilə parlamentə müraciət edən ölkə lideri bu prosesin 10 günə yekunlaşacağını bildirib, Azadlıq radiosu xəbər verib.

Qazaxıstan hakimiyyətinin tələbi ilə KTMT sülhməramlıları yanvarın 6-da ölkəyə girib.

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda baş verənləri "ölkəyə hücum" adlandırıb və deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri orda "nə qədər lazımdırsa, o qədər" qalacaq.

Yanvarın 2-dən ölkədə sosial-siyasi tələblərlə başlayan etirazlar sonradan iğtişaşlara çevrilmiş, hökumət etirazçılara qarşı silahlı gücdən istifadə etmişdi.

Bu hadisələr Qazaxıstanın müstəqillik tarixində ən böyük miqyaslı iğtişaşlar kimi şərh olunur.

Hakimiyyətin güc istifadəsi zamanı 100-dən çox adam öldüyü, minlərlə adamın saxlandığı bildirilir.

Qırğızıstan vətəndaşları saxlanıb

Qırğızıstanın beş vətəndaşı Qazaxıstanda saxlanılıb, bu barədə yanvarın 10-da Qırğızıstan XİN-i məlumat yayıb.

Qırğızıstanın Qazaxıstandakı səfiri Dastan Duyşekeyevin sözlərinə görə, etirazların gedişində bədən tərbiyəsi üzrə məşqçi işləyən bir qırğızıstanlı vətəndaş da həlak olub.

"Səfirliyin əməkdaşları onun yerinin müəyyən edilməsi və nəşinin daşınmasıilə bağlı iş aparırlar", - Duyşekeyev Azadlıq Radiosuna bildirib.

Duyşekeyevin sözlərinə görə, Qazaxıstan güc strukturları baş vermis etirazların gedişində Qırğızıstanın nə qədər vətəndaşının saxlanıldığı barədə rəsmi məlumat açıqlamayıblar.

Qırğızıstan xarici işlər nazirliyi Qazaxıstanın muzdlu və terrorçu kimi qələmə verdiyi caz musiqiçisi Vikram Ruzaxunovun azadlığa buraxılması barədə məlumatı da təsdiqləyib.

KTMT qüvvələri Qazaxıstan

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Şəklin alt yazısı, Putin: KTMT qüvvələri "lazım olduğu qədər" Qazaxıstanda qalacaq

Putin: KTMT qüvvələri "lazım olduğu qədər" Qazaxıstanda qalacaq

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bazar ertəsi günü keçirilən fövqəladə sammitində Vladimir Putin deyib ki, qaz qiymətindən "qəzəblənənlər və silaha sarılanlar fərqli məqsədlər" güdüblər.

Putinin sözlərinə görə, hadisələr zamanı "terrorçuların xaricdəki düşərgələrində təlim keçən", "yaxşı təşkilatlanmış və yaxşı idarə olunan yaraqlı qruplarından istifadə edilib".

Rusiya Prezidenti əlavə edib ki, KTMT qüvvələri Qazaxıstanda "lazım olduğu qədər" qalacaq, lakin missiya başa çatdıqdan sonra bütün kontingent ölkədən çıxarılacaq.

Qazaxıstanda etirazlar

Şəklin mənbəyi, Getty Images

Minlərlə adam saxlanıb, 100-dən çox adam ölüb

Qazaxıstanda baş verən iğtişaşlarda iştiraka görə artıq 8 minə yaxın adam saxlanılıb, iğtişaşlar zamanı 160-dan çox adamın həlak olduğu deyilir.

Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb ki, saxlananların "arasında xeyli sayda əcnəbi var".

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 10 yanvar bazar ertəsi gününü ötən həftə baş vermiş etiraz aksiyalarında həlak olanlar üçün milli matəm günü elan edib.

Azərbaycan vətəndaşları təxliyə olunur

Azərbaycanın APA agentliyinin məlumatına görə, 20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib.

Məlumata görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib. 8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru yolla Bişkekə çatdırılıb, oradan isə Bakıya yola salınıb.

Daha 10 nəfərin təxliyə olunacağı bildirilib.

Qazaxıstanda fövqəladə vəziyyət rejimi hələ davam edir, lakin ölkənin əsas şəhərlərinin küçələrində vəziyyət tədricən sakitləşir.

BBC-nin Almatıda olan müxbiri Abducəlil Abdurasulovun sözlərinə görə, şəhərdəki vəziyyəti hələ də normal adlandırmaq mümkün deyil: "Şəhərdə hələ də internetlə bağlı problemlər var, banklar və bankomatlar bazar günü işləməyib, yerli sakinlər 10-15 litr benzin doldurmaq üçün saatlarla gözləyiblər. Zaman-zaman tək-tək atışma səsləri eşidilirdi, amma yəqin ki, hərbçilər insanlara toplaşmamaq və postlara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

O bildirib ki, Almatı küçələrində nəzərəçarpacaq dərəcədə çox adam var olub, mağazalar və bəzi kafelər açılmağa başlayıb.

Yaşayış məntəqələrinin "təmizlənməsi" davam edir, Prezident mətbuat xidmətinin məlumatında iddia olunub ki, "ölkənin bütün regionlarında vəziyyət sabitləşib."

İğtişaşlar zamanı 164 nəfər həlak olub

BBC Ruscanın məlumatına görə, bazar günü Qazaxıstan İnformasiya Nazirliyinin Teleqram kanalı toqquşmalar zamanı 164 nəfərin, o cümlədən ölkənin ən böyük şəhəri Almatıda 103 nəfərin həlak olduğunu yazıb. Lakin sonradan bu yazı yoxa çıxıb. Bununla belə, Qazaxıstandan əvvəllər alınan məlumata əsasən, ölənlərin sayı rəsmi hesablamalardan xeyli çox ola bilər.

Qərargahın məlumatına görə, Almatıda 103 nəfər, Qızılorda vilayətində 21 nəfər, Cambul vilayətində 10 nəfər, Almatı vilayətində səkkiz nəfər həlak olub.

Bundan əvvəl "Xabar 24" dövlət kanalı da bu müddət ərzində 2 mindən çox insanın tibbi yardım üçün müraciət etdiyini bildirib.

Tengrinews.kz nəşri Qazaxıstanın Uşaq Ombudsmanı Arujan Sainə istinadən bildirib ki, Almatıda açılmış atəş nəticəsində dörd yaşlı qız həlak olub.

Qazaxıstan Səhiyyə Nazirliyindən Orda.kz nəşrinə bildirib ki, etirazlar zamanı həlak olanlar barədə məlumatı onlar yaymayıblar.

"Təhlükəsizlik Şurasının sədri vəzifəsini Tokayevə Nazarbayev özü verib"

Keçmiş Prezident Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, "Təhlükəsizlik Şurasının sədri vəzifəsini Kasım-Jomart Tokayevə verilməsi barədə qərarı Nazarbayevin özü qəbul edib, çünki iğtişaşlara "cəld" və "sərt" cavab verilməli idi."

İndiyə qədər bu məsələdə aydınlıq yox idi.

Yanvarın 5-də ölkədə etirazlar və Almatıda iğtişaşlar fonunda Tokayev Qazaxıstanın Təhlükəsizlik Şurasına rəhbərliyi öz əlinə aldığını bildirmişdi.

Bu vəzifə Nazarbayevə ömürlük olaraq verilmişdi.

Tokayev keçmiş prezidentin bu vəzifəni niyə tərk etdiyini izah etməyib.

Qazaxıstanın birinci Prezidenti kimi Nazarbayev əvvəlki tək xalqının lideri statusunu - Elbası statusunu saxlamaqdadır.

"Elbası bütün bu günlərdə Nur-Sultanda olub və dövlət başçısına dəstək verib", - Nazarbayevin mətbuat katibi bildirib, ORDA.kz nəşri bildirib.

"Aeroflot" Qazaxıstana uçuşları bərpa edir

Aviaşirkətin saytında bazar gününə planlaşdırılan Moskva - Nur-Sultan reysinin bazar ertəsi, 10 yanvar, Qazaxıstan vaxtı ilə səhər saat 07:00-a keçirildiyi məlumat verilib.

Əks istiqamətdə Nur-Sultan - Moskva reysi yerli vaxtla saat 12:05-ə təyin olunub.

"Bundan sonra reyslər hər gün yerinə yetiriləcək", - Aeroflot bildirib.

Sərnişinlərdən hava limanına 3-4 saat əvvəl gəlmək xahiş olunub.

Moskva 1600 Rusiya vətəndaşının Qazaxıstanı tərk etmək istədiyini bildirib

Qazax;stan

Şəklin mənbəyi, Reuters

Qazaxıstanda olan 1600-ə yaxın rusiyalı Rusiyaya qayıtmaq istədiklərini bildiriblər.

Bunu öz teleqram kanalında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirərək qeyd edib ki, bu işə Rusiya Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarələri cəlb edilib.

"İlk üç reys artıq yoldadır", - deyə Zaxarova yazıb.

İnterfax agentliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinə istinadən Qazaxıstanda üç təyyarənin artıq Moskvaya uçduğunu bildirir.

Rusiyanın Almatıdakı baş konsulluğunundan İnterfax-a bildirilib ki, artıq evakuasiya edilmiş 614 vətəndaş yeddi təyyarə ilə Moskvaya yola salınıb.

Rusiya MN-i bildirib ki, yanvarın 8-də 25 rusiyalı turist Rusiya hərbi təyyarəsində Qazaxıstandan Moskvaya çatdırılıb.

10 yanvar milli matəm günü elan olunub

Almatıda yandırılmış prezident iqamətgahı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Almatıda yandırılmış prezident iqamətgahı

Qazaxıstan hakimiyyəti şənbə günü "iğtişaşların təşkilatçıları və təhrikçiləri" də daxil olmaqla, 4404 nəfərin saxlanıldığını bildirib. Saxlanılan iki nəfər kütləvi iğtişaşların təşkilində "ittiham olunur".

Şənbə günü səhər etirazların mərkəzi olan Almatı şəhərində atışma səslərinin eşidildiyi xəbər verilir.

Daxili İşlər Nazirliyi daha əvvəl bildirib ki, saxlanılanlar arasında xarici vətəndaşlar da var və Almatı vilayətinin kəndlərindən yalnız birində qonşu ölkənin 100-dən çox vətəndaşı saxlanılıb (ölkənin adı göstərilmir - red.)

Ötən axşam polis 4 minə yaxın insanın həbs olunduğunu və onların ömürlük həbs cəzası ilə üzləşdiyini bildirmişdi.

Bazar günü Qazaxıstanın neftlə zəngin Manqistau vilayətində maye qazın qiymətinə görə başlayan etirazlar çərşənbə axşamı günü ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib.

Qazaxıstan Prezidenti etirazların mərkəzi olan Almatı şəhərinə "20 min quldurun" hücum etdiyini bildirib. O, heç bir sübut gətirmədən etirazlarda xaricdə təlim keçmiş "terrorçuları" günahlandırıb.

Nursultan Nazarbayev "Qazaxıstandadır"

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkənin paytaxt şəhərindədir, bu barədə onun mətbuat katibi bildirib.

"Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Xahiş edirəm, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın", - Aidos Ukibayın yanvarın 8-də yazdığı tvitində deyilir.

алматы

Şəklin mənbəyi, Reuters

Bir müddət əvvəl keçmiş prezidentin xaricə getdiyi barədə məlumatlar yayılmışdı.

Mətbuat katibi başqa bir tvitində Nursultan Nazarbayevin "Qazaxıstana dost dövlət başçıları ilə bir neçə telefon danışığı" apardığını yazıb.

Onun sözlərinə görə, sabiq dövlət başçısı hamını "mövcud çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün" Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır.

Nazarbayev ictimaiyyət qarşısına sonuncu dəfə dekabrın sonunda çıxıb. O vaxt sabiq Prezident Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.

Bundan əvvəl müstəqil Qazaxıstanın birinci prezidentinin keçmiş müşaviri Yermuxamet Yertısbayev Nursultan Nazarbayevin "ağır xəstə" olduğunu ehtimal edib.

10 yanvar milli matəm günü elan olunub

Qazaxıstanda 10 yanvar milli matəm günü elan olunub, bu barədə Prezident Kasım-Jomart Tokayev qərar verib.

"Ölkənin bir sıra regionlarıda baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib", - Tokayevin mətbuat katibi Berik Uali öz Facebook səhifəsində yazıb.

"Xəbərdarlıq etmədən" atəş açmaq əmri

Almatıda həbrçi

Şəklin mənbəyi, AFP/Getty images

Kasım-Jomart Tokayev deyib ki, hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılması fonunda təhlükəsizlik qüvvələrinə "xəbərdarlıq etmədən atəş açmağı" əmr edib.

Bundan əvvəl BBC-nin Almatıdakı müxbiri bildirib ki, bir neçə gün davam edən zorakılıqlardan sonra vəziyyət xeyli sakitləşib, baxmayaraq ki, hələ də bəzi atışma və partlayış səsləri eşidilir.

Cümə günü televiziya ilə çıxışında cənab Tokayev etirazçılarla danışıqlar aparmaq çağırışlarını "cəfəngiyyat" adlandıraraq deyib: "Biz cinayətkarlar və qatillərlə hansı danışıqlar apara bilərik?!". "Biz yerli, eləcə də xarici silahlı və yaxşı hazırlanmış quldurlarla mübarizə aparmalı olduq. Daha doğrusu, terrorçularla. Deməli, biz onları məhv etməliyik, bu, tezliklə həyata keçiriləcək," - o deyib. Müxaliflər hakimiyyətin terrorla bağlı ittihamlarını rədd ediblər.

Paytaxt Nur-Sultanın adı rəsmi xəbərlərdə artıq "nəzərə çarpmır"

Nur-Sultan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Paytaxtın adı 2019-cu ildə dəyişdirilib

Qazaxıstan hakimiyyətinin rəsmi məlumatlarında paytaxtın adı artıq "Nur-Sultan" kimi keçmir.

Onun əvəzinə "paytaxt" və ya "Qazaxıstanın paytaxtı" kimi ifadələrdən istifadə olunur.

Bu, məqam bəzi media və Telegram kanallarının diqqətini çəkib.

2019-cu ildə Nursultan Nazarbayev Prezident vəzifəsini tərk etdikdən sonra, paytaxt Astananın adı "Nur-Sultan"a dəyişdirilib.

Qazaxıstanda etiraz: polis və mülki şəxslər "öldülüb"

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qazaxıstan hərbçiləri Almatıda nəzarət-buraxılış məntəqəsində keşik çəkirlər.

Tokayev Putinə təşəkkürünü bildirib

Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan hakimiyyətinin tələbi ilə ölkəyə gələn KTMT sülhməramlı qüvvələri müvəqqəti olaraq orada qalacaqlar. O, köməyə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.

"Xüsusi təşəkkür sözlərimi Rusiya Prezidenti Vladimir Putinə ünvanlayıram. O, müraciətimə çox operativ və ən başlıcası, dostcasına reaksiya verdi".

Kasım-Jomart Tokayev, həmçinin Çin, Özbəkistan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Türkiyə liderlərinin köməyini də qeyd edib.

ABŞ: KTMT kontingentinin Qazaxıstana daxil olmasına nə səbəb oldu?

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ Qazaxıstan hakimiyyətindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı kontingentinin ölkəyə daxil olması zərurətinə nəyin səbəb olduğuna dair əsaslandırılmış cavab almağa ümid edir.

O, izah edib ki, Washington "Qazaxıstan hökumətinin ölkədə asayişi qorumaq üçün öz resurslarının olduğunu" hesab edir. Prays vurğulayıb ki, Birləşmiş Ştatlar xarici qüvvələrin insan haqları pozuntularını və ya Qazaxıstan institutlarına qarşı hücumlarını yaxından izləyəcək.

"Ümid edirik ki, Qazaxıstan hökuməti tezliklə fundamental iqtisadi və siyasi xarakterli problemləri həll edə biləcək. Qazaxıstan xalqı, hökumətinin tərəfdaşı kimi ABŞ Qazaxıstan hakimiyyəti və Qazaxıstanla əməkdaşlığı davam etdirməyə hazırdır," - Ned Price vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi rus hərbçilərinin Qazaxıstana getməsi barədə məlumat yayıb

Şəklin mənbəyi, Getty Images

"KTMT əsgərləri hərbi əməliyyatlarda iştirak etməyəcək"

KTMT əsgərləri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etməyəcək, Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev bildirib.

Cənab Abayev deyib ki, "KTMT ilə bağlı çoxlu suallar var. Qeyd etmək istəyirəm ki, KTMT ölkələrinin sülhməramlı kontingenti təqdim olunub. Missiya sülhməramlıdır".

"Sülhməramlı missiyanı kollektiv çevik reaksiya qüvvələrinin tətbiqi ilə qarışdırmaq olmaz. Yanvarın 6-da şəhərin təmizlənməsi əməliyyatının döyüş hissəsi Arıstan, Arlan, Berkut qüvvələri və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilib," - deyə o əlavə edib.

Qazaxıstanın dövlət telekanalı Xəbər 24 cümə günü bildirib ki, Almatı "şəhəri quldur birləşmələrindən təmizlənməkdə" davam edir. Son günlər hakimiyyətin ritorikası çox dəyişib: yaxın vaxtlara qədər küçələrə çıxan vətəndaşlar etiraz aksiyalarının iştirakçıları adlandırılırdı, cümə günü Almatı administrasiyasının rəhbəri deyib ki, "şəhərdə terrorçular şiddətli müqavimət göstərirlər".

Almatı

Şəklin mənbəyi, TASS/Getty images

Cümə axşamı günü Qazaxıstanın ən böyük şəhəri olan Almatıda polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Şəhərə vurulan ziyan

Qazaxıstanın iş adamları iğtişaşlar nəticəsində şəhərə dəyən ziyanı dəyərləndiriblər.

Ölkənin "Atameken" Milli Sahibkarlar Palatasına əsasən, Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən zərərin məbləği, ilkin hesablamalara görə, təxminən 40 milyard təngə (155 mln AZN) təşkil edir.

"Zərərin xarakteri əsasən fasadların və binaların zədələnməsindən ibarətdir, həmçinin bahalı maşın, avadanlıq, interyer əşyaları, əmtəə ehtiyatlarının oğurlanması ilə bağlı çoxsaylı faktlar var", - RBC agentliyinin yaydığı məlumatda deyilir.

line

Yanmış binalar və uzun növbələr

Abducəlil Abdurasulov, BBC News, Almatı

Almatının səs-küylü meydanı yanmış binalar və maşınlarla dolu olan münaqişə zonasına çevrilib.

Toqquşmaların davam etdiyi üçün bir çox insan, xüsusilə gecə vaxtı bayıra çıxmaqdan qorxur.

Atışma və partlayış səsləri evdən çıxmağın nə qədər təhlükəli olduğunu yada salır.

Yerli keşikçilərin dəstələri qarətlərin qarşısını almaq üçün Almatı yaxınlığındakı kəndlərə girişi nəzarət altına alırlar.

Şəhərin girişi yoxlama məntəqələri və müvəqqəti baryerlərlə kəsilib, buna görə Almatıya girib-çıxmaq üçün dar yan küçələrdən istifadə olunur.

Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Sakinlər ərzaq almaqda çətinlik çəkirlər, çünki ticarət mərkəzləri, supermarketlər, kafe və restoranların hamısı bağlıdır, açıq qalan yalnız kiçik mağazalardır.

İnternetin bloklanması davam edir. Buna görə insanlar nə telefonlarını doldura, nə də pul çəkə bilir.

line
Qazaxıstan: atışmalar davam edir, banklar işini dayandırıb

Şəklin mənbəyi, Valery Sharifulin\TASS via Getty Images

Cümə axşamı günü Almatı şəhərinin əsas meydanına bir neçə zirehli texnika və onlarla hərbçi daxil olub, daha sonra atışma başlayıb.

TASS agentliyinin yaydığı videoda Almatı şəhərində onlarla hərbçi və hərbi maşınların olduğu görünür.

Administrasiya binası yanğından sonra

Almatı şəhərinin administrasiya binasının yanğından sonrakı görüntüləri belədir:

Administrasiya binası yanğından sonra

Şəklin mənbəyi, Valery Sharifulin/TASS

Administrasiya binası yanğından sonra

Şəklin mənbəyi, Valery Sharifulin/TASS

Administrasiya binası yanğından sonra

Şəklin mənbəyi, Valery Sharifulin/TASS

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Rusiyanın Xarici İşlər Nazirliyi Qazaxıstanda baş verənləri "xarici qüvvələrin əməli" kimi şərh edir

Rusiyanın Xarici İşlər Naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına məxsus qüvvələrin Qazaxıstana göndərilməsini şərh edərkən, ölkədə baş verən etirazlara görə xarici gücləri ittiham edib.

"Bizə dost olan ölkədə baş verənləri Qazaxıstanın ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaratmağa çalışan xarici qüvvələrin cəhdi kimi qiymətləndiririk. Təlim keçmiş və silahlanmış qruplaşmalar gücdən istifadə edərək, öz niyyətlərinə nail olmağa çalışıb," - Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Rəsmi Moskva KTMT qüvvələrinin Qazaxıstana göndərilməsini bu faktla əsaslandırır. Yaydığı bəyanatda KTMT çərçivəsində imzalanan razılaşmanın müddəalarını diqqətə çatdıran qurum, "təşkilata üzv olan hər hansı dövlətin süverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan istənilən aqressiv silahlı hərəkətlərə qarşı hərbi dəstəyin göstərilməsinin vacib" olduğunu bildirib.

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev də, xaricdən ölkəyə qarşı təşkil edilən aqressiyanın olduğunu elan edərək, KTMT üzvlərindən kömək istəyib.

Lakin nə Tokayev, nə də KTMT-yə üzv olan ölkələrin liderləri Qazaxıstana qarşı başladılan xarici aqressiyanın nədən ibarət olduğuna hələlik aydınlıq gətirməyiblər.

Avropa İttifaqı Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırır

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Josep Borrell jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Qazaxıstana xarici qüvvələrin yeridilməsi məsələsinə ehtiyatla yanaşır.

Xanim Qazaxıstan etirazlar

Şəklin mənbəyi, Valery SharifulinGetty Images

Avropa Komissiyası isə Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırıb. Reuters agentliyi xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının mətbuat katibi açıqlama yayıb. Qurum təmsilçisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana hərbi kontingent göndərməsinə münasibət bildirərkən, Kreml rəhbərliyini bu ölkənin müstəqilliyinə hörmət etməli olduğunu deyib.

Bundan əlavə, o, Avropa İttifaqının dialoqun qurulması prosesində Qazaxıstan hökumətinə köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

"Zorakılıqlara son qoyulmalıdır. Bütün tərəfləri mövcud vəziyyətdən çıxış üçün dinc həll yolu axtarmağa çağırırıq. Əlbəttə, Avropa İttifaqı ölkədə dialoqun başlanmasına tövhə vermə istəyir və buna hazırdır," - mətbuat katibi əlavə edib.

Banklar fəaliyyətini dayandırıb

Qazaxıstanın Mərkəzi Bankının nümayəndəsi Oljas Ramazanov cümə axşamı günü televiziya çıxışında bildirib ki, ölkədə Milli Bankdan başqa bütün bankların fəaliyyəti müvəqqəti dayandırılıb.

Həmçinin, Qazaxıstan birjasında da ticarət dayandırılıb.

Rusiya mətbuatı paytaxt Nur-Sultanda vəziyyətin sakit olduğunu, hər hansı etirazların müşahidə olunmadığını yazır.

Bununla yanaşı, şəhərdə hökumət qurumlarının binaları gücləndirilmiş mühafizəyə götürülüb.

Ölkədə internetin fasilələrlə işlədiyi, bəzi saytların açılmadığı, açılanlarda isə sadəcə dünənki xəbərlərin olduğu bildirilir.

Azərbaycan səfirliyi müraciət edib

Azərbaycanın Qazaxıstandakı səfirliyi həmin ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

Qurum vətəndaşları "insanların kütləvi toplaşdıqları ərazilərdən çəkinməyə" çağırıb.

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

Belarusun "Belavia" aviaşirkəti və "Azərbaycan Hava Yolları" Minsk və Bakıdan Almatıya axşam reyslərini ləğv edib. Həmçinin Küveytin "Jazeera Airways" aviaşirkəti şəhərə uçuşları dayandırıb.

Küveyt və Azərbaycan aviaşirkətləri uçuşların ləğvini "Almatıdakı hadisələrlə" əlaqələndiriblər. Qazaxıstan mediası daha əvvəl şəhərin hava limanının 40-a yaxın etirazçı tərəfindən ələ keçirildiyini bildiriblər.

Daha əvvəl Almatıya axşam reysi Rusiyanın Aeroflotu tərəfindən ləğv edilib.

AZAL təyyarəsi

Şəklin mənbəyi, Azetag

AZAL Almatı şəhərinə reyslərinin ləğv edilməsini Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, "Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq."

Bakı-Almatı reysi AZAL tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

Taldıkorqanda Nazarbayevin heykəli hədəfdə

Sosial şəbəkələrdə Qazaxıstanın Taldıkorqan şəhərində etirazçıların Nazarbayevin abidəsini postamentdən yıxmağa çalışdıqlarını göstərən video paylaşılıb.

Paylaşımını ötürün X, 4
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 4

Sosial mediada sonradan yayılan görüntülərdə yerə yıxılmış və parçalanmış heykəl görünür.

Fövqəladə vəziyyət elan olunub, hökumət istefa verib

Bazar günü Qazaxıstanın neftlə zəngin Manqistau vilayətində başlayan etirazlar çərşənbə axşamı günü ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib. Etirazlara səbəb maye qaz qiymətlərinin bahalaşması olub. Lakin hökumət qiymət artımından geri çəkilsə də bu addım etiraz edənlərin qəzəbinin qarşısını ala bilməyib.

Prezidentin sərəncamı ilə komendant saatı elan olunub, kütləvi tədbirlərin keçirilməsi qadağan edilir, insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlır.

Qazaxıstan hökuməti çərşənbə günü səhər istefa verib. Kütləvi çıxışlara reaksiya verən Prezident Qasım-Jomart Tokayev deyib ki, bundan sonra Qazaxıstan Təhlükəsizlik Şurasına Elbası ("millət atası") Nursultan Nazarbayev deyil, onun özü başçılıq edəcək.

2019-cu ildə prezident vəzifəsini tərk etdikdən sonra Təhlükəsizlik Şurasının katibi vəzifəsi Qazaxıstanı 30 il idarə edən Nursultan Nazarbayevdə qalan bir neçə yüksək vəzifələrdən biri olub.

Nümayişlərin başladığı, Mangistau bölgəsinin Janaozen şəhərində 2011-ci ildə maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil edən neftçilərin etirazına təhlükəsizlik qüvvələri müdaxilə etmiş və 14 nəfər həlak olmuşdu.