Qazaxları qəzəbləndirən təkcə qazın qiymətidirmi?- 5 suala cavab

Velosipedçi

Şəklin mənbəyi, TASS/Getty Image

Qazaxıstanın sabiq paytaxtı Almatıda hökumətə qarşı etirazlara qatılan insanlarla polis arasında toqquşmalar davam edir. BBC hadisələrlə bağlı əsas suallara cavabları bir araya gətirib.

Nə baş verib?

Etirazlar bazar günü maye qaza qiymətin qaldırılmasından sonra başlayıb. O, vaxtdan bəri siyasi narazılıqla müşayiət olunan şikayətlər daha geniş vüsət alıb.

Polis sözçüsü bildirib ki, etirazçılar şəhərdəki polis idarələrini ələ keçirməyə cəhd etdikdən sonra DİN hərəkətə keçməli olub.

İğtişaşlar nəticəsində 1000-ə yaxın insanın xəsarət aldığı, onlardan 400-nün xəstəxanalarda, 62 nəfərin isə reanimasiya şöbələrində müalicə aldığı bildirilir.

Qazaxıstan prezidentinin təşəbbüsü ilə ölkəyə KTMT qüvvələri yeridilib.

Almatı küçələrində təhlükəsizlik qüvvələri

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Almatı küçələrində təhlükəsizlik qüvvələrini görmək olar
line

Bu təkcə yanacaqla bağlı olan məsələ deyil

Olqa İvşina, BBC Rus Xidməti

Etirazların zorakı şəkil almasının sürəti həm Qazaxıstan, həm də daha geniş regionda çoxlarını təəccübləndirdi və bu, hadisələrin sırf yanacaq qiymətinin artması ilə bağlı olmadığına işarə edir.

Qazaxıstan tez-tez avtoritar adlandırılan sabit Mərkəzi Asiya dövlətidir. 2019-cu ilə qədər bu ölkəyə şəxsiyyətə pərəstiş ünsürləri ilə seçilən prezident Nursultan Nazarbayev rəhbərlik edib, onun heykəlləri ölkə boyu ucaldılıb və paytaxtın adı onun şərəfinə dəyişdirilib.

Lakin o, hakimiyyətdən gedərkən baş verən etirazları azaltmaq üçün yaxın müttəfiqini öz yerinə qoymaqla belə etirazları cilovlamağa çalışdı.

Qazaxıstanda əksər seçkiləri demək olar ki, 100 faiz səslə hakim partiya qazanır və ona qarşı effektiv siyasi müxalifət yoxdur.

Söhbət etdiyim analitiklər deyirlər ki, Qazaxıstan hökuməti əhalinin nə qədər qəzəbli olduğunu düzgün qiymətləndirməyib və bu etirazlar seçki demokratiyası olmayan bir ölkədə təəccüb doğurmur, çünki insanlar öz səslərini eşitdirmək üçün küçələrə çıxmalıdır.

Və az qala tam əminliklə demək olar ki, onların narazılığı yanacağın qiymətindən daha geniş məsələlərlə bağlıdır.

line

İğtişaşlar nə qədər təhlükəlidir?

Monitorinq qruplarının "ümummilli səviyyədə internetin bağlanması" kimi təsvir etdiklərini və bəzi yerlərdə təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini nəzərə alsaq, baş verənlər barədə aydın təsəvvür əldə etmək müşkül görünür.

Almatı polisinin sözçüsü Saltanat Azirbek cümə axşamı günü "antiterror" əməliyyatı davam etdiyi üçün şəhər sakinlərini müvəqqəti olaraq evdə qalmağa çağırıb.

Qazaxıstanın Almatı şəhərinin meriyasına od vurulub

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Qazaxıstanın sabiq paytaxtı Almatı şəhərinin meriyasına od vurulub

Onlarla hücumçunun şəhərdəki polis binalarına basqın cəhdindən sonra "ləğv edildiyini" deyən sözçü əlavə edib ki, iğtişaşçılar silahları oğurluqla ələ keçiriblər.

Prezident Kasım-Jomart Tokayev fövqəladə vəziyyət elan edib, hazırda komendant saatı qüvvədədir və kütləvi toplantılara qadağa qoyulub.

O, həmçinin prezident vəzifəsindən getdikdən sonra milli təhlükəsizliyə cavabdehliyi özündə saxlayan Nursultan Nazarbayevi və hökuməti istefaya göndərib.

Rusiyabu məsələyə niyə müdaxilə edir?

Prezident Tokayev problemin arxasında xaricdə təlim keçmiş "terrorçu dəstələrin" durduğunu deyərək, Rusiyanın dominant olduğu keçmiş sovet dövlətlərindən ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəyib.

KTMT-nin hazırkı sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, alyans Qazaxıstana "məhdud müddətə" sülhməramlı qüvvələr göndərəcək.

Polis

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Çərşənbə günü polis etirazçılara qarşı səs qumbaraatanlardan istifadə edib

Rusiya mediasının yaydığı videoda rus hərbçilərinin kiçik qrupunun hərbi nəqliyyat təyyarəsinə mindiyini görmək olar. KTMT-yə əsasən, sülhməramlı qüvvələr Qazaxıstanda dövlət və hərbi obyektlərin mühafizəsini təmin edəcəklər.

KTMT Sovet İttifaqının dağılmasından sonra xarici hərbi təhlükələrə qarşı yaradılan birlikdir.

2010-cu ildə Qırğızıstanda etnik zəmində baş verən zorakılıqlar vaxtı KTMT bölgəyə sülhməramlı qüvvələr göndərmək barədə Bişkekin müraciətini rədd edərək, bunu hadisələrin ölkədaxili məsələ olması ilə izah etmişdi.

Yanacaq nəyə görə belə həssas məsələdir?

Etirazların başladığı Manqıstau bölgəsi kimi Qazaxıstanın bəzi regionlarında avtomobillərin təxminən 90 faizi yanacaq olaraq maye qazdan (LPG - butan və propan) istifadə edir, Reuters xəbər agentliyi bildirir.

Qazaxıstanın iri neft ölkəsi olmasına baxmayaraq, o, tez-tez maye qazın çatışmazlığı ilə üzləşir, çünki onun yüksək qiymətlə ixracı istehsalçılar üçün daha əlverişlidir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Yanvarın 1-də qaza tətbiq olunan qiymət limiti ləğv ediləndə maye qazın bir litrinin qiyməti 50 (0,19 AZN) tənqədən 120 təngəyə qalxdı.

Hökumət o vaxtdan bəri Mangıstauda qiyməti əvvəlki səviyyəyə qaytarıb.

Presentational grey line

Qazaxıstan: Əsas məlumat

O, haradadır? Qazaxıstan şimalda Rusiya və şərqdə Çinlə həmsərhəddir. O, Qərbi Avropanın ölçüsündə olan nəhəng bir ölkədir və ərazi baxımından Mərkəzi Asiyanın digər sabiq sovet respublikalarını kölgədə qoyur.

Bu, niyə əhəmiyyətli hadisədir?Qazaxıstan qlobal neft ehtiyatlarının 3 faizi ilə yanaşı kömür və qaz sektorları da daxil, böyük mineral ehtiyatlara malikdir. Onun əhalisi əsasən müsəlman olsa da,ölkədə çoxsaylı rus azlığı var. Qazaxıstan Mərkəzi Asiyanın digər bölgələrində müşahidə olunan daxili çəkişmələrdən kənar qala bilib.

Niyə xəbər başlıqlarına çıxıb?Yanacaqla bağlı iğtişaşlar iqtidara zərbə olub. Bunun ardınca hökumət istefaya göndərilib, etirazçılar isə qanlı təqiblərə məruz qalır.

1px transparent line

Etirazlar uzun müddətlidir?

Washington-dakı Milli Müdafiə Universitetinin regional və analitik tədqiqatlar üzrə köməkçi professoru Erika Marat Almaniyanın Tagesschau televiziyasına müsahibəsində Qazaxıstandakı etirazların hələ uzun müddət davam edəcəyini deyib.

Polis

Şəklin mənbəyi, Reuters

O, Mərkəzi Asiya və postsovet məkanında zorakılıq, səfərbərlik və təhlükəsizlik problemlərini araşdırır.

"Etirazlar dinc başladı, etirazçılar heç kimə hücum etməyiblər," - Erika Marat iddia edir. O bildirir ki, eskalasiyaya səbəb hakimiyyət olub.

"Təəssüf ki, biz bunu postsovet məkanında və dünyanın digər yerlərində təkrar-təkrar görürük: avtokratlar düşünürlər ki, onlar nümayişçiləri su şırnaqları, gözyaşardıcı qaz və çevik polislərin sayı ilə qorxuda bilərlər.

Əslində, bu, münaqişələrin araşdırıcılarına yaxşı məlumdur: belə bir vəziyyətdə dövlətin güc tətbiq etməsi yalnız eskalasiyaya və etirazların sayının artmasına səbəb olur. Qazaxıstanda da eyni şey oldu: onlar nümayişçiləri güc yolu ilə yatırmağa çalışdılar, nəticədə vəziyyət nəzarətdən çıxdı və insanlar artıq hakimiyyətə qarşı zorakılıq tətbiq etməyə başlayıblar".