Şahzadə Philip: Kraliça və xalq onunla vidalaşır

Britaniya Kraliçası öz həyat yoldaşı, Edinburq Hersoqunun Windsor Qəsri ərazisində keçirilən dəfninin matəm mərasimində ailəsinə və xalqına başçılıq edib.

Kraliça Xor yerinin önündə, altara ən yaxın yerdə əyləşib. Onunla üzbəüz Wales Şahzadəsi və Cornwall Hersoginyası mövqe tutmuşdu.

Onun tabutu, Hersoqun özünün də hazırlanmasında iştirak etdiyi Land Rover avtomobili ilə qısa məsafədə yerləşən Müqəddəs George kilsəsinə aparılıb.

Kraliyyət Ailəsinin doqquz üzvü tabutun arxasınca gəliblər. İlk sırada Şahzadə Anne, Şahzadə Charles, onların ardınca isə Şahzadə Edward-la Şahzadə Andrew gəliblər.

Öz bibisi oğlu - Peter Phillips-lə yanaşı gələn Şahzadə William və Şahzadə Harry üçüncü sırada olublar.

Vitse-admiral Sir Timothy Laurence və Snowdon Earl-i növbəti sırada olublar. Onlardan sonra Hersoqun ev heyəti üzvləri addımlayıblar.

Hersoq üçün sükut anından əvvəl milli himnin sədaları altında Kraliçanın avtomobili kilsəyə gəlib. O, Canterbury Baş Yepiskopu ilə görüşmək üçün içəriyə daxil olub.

Yüzlərlə insan günorta saatlarında Windsor Qəsrinə yollanan Kral Atlı Artilleriya Alayının yürüşünə tamaşa edib.

Üzərlərində qara, qızılı və qırmızı rəngli forma olan və üç silah gəzdirən onlarla atlı, Qəsrin Cambridge Darvazasına doğru irəliləyiblər.

Alay üzvləri Şahzadə Philip-in tabutu kilsəyə gətirilərkən Windsor Qalasının şərq çəmənliyində başlayan sükut anından əvvəl və sonra topdan atəş açıblar.

Hersoqun xatirəsini yad etmək üçün Windsor Qəsrinə bəzi insanların gəlməsinə rəğmən, məhdudiyyətlərə görə, ərazidə əsasən sakitlik hökm sürüb.

Edinburq Hersoqu Windsor-daki Müqəddəs George kilsəsinin Altarında sərgilənən fərqlənmə nişanlarını şəxsən seçib.

Britaniya və Birlik ölkələri tərəfindən ona verilmiş medal və nişanlar doqquz yastıqda yerləşdirilib.

O, Danimarka və Yunanıstan Şahzadəsi kimi irsini xatırladaraq Yunanıstan və Danimarkadan olan nişanlarını da əlavə edib.

Bütün fotolar müəlliflik hüquqları ilə qorunur.