ABŞ-da koronavirusdan ölənlərin sayı Vyetnam müharibəsində ölənlərin sayını ötüb

Şəklin mənbəyi, Getty Images
ABŞ-da son bir neçə ayda koronavirusdan ölənlərin sayı Vyetnam müharibəsində ölən amerikalıların sayını ötüb.
Bu ölkədə epidemiyadan 58 mindən çox adam ölüb.
ABŞ-ın Johns Hopkins Universiteti bildirib ki, ölkədə koronavirusa yoluxma halları 1 milyonu keçib. Dünyada koronavirusa yoluxanların sayı isə 3 milyonu ötüb.
Ağ Evin aparıcı tibbi məsləhətçilərindən biri olan Anthony Fauci epidemiyanın bitməsinə hələ çox qaldığı barədə ciddi xəbərdarlıq edib. O deyib ki, tədqiqatçılar effektiv bir müalicə tapa bilmədikdə, ölkəni "pis payız" gözləyə bilər.
Dr Fauci, virusun geri dönməsinin qaçılmaz olduğunu söyləyib və əlavə edib ki, virus yay boyunca tamamilə yox olmaya da bilər.
ABŞ-da bu qədər təsdiqlənmiş yoluxma sayının olması ölkədə Covid-19 testinin çox edildiyi ilə əlaqələndirilir. Bu ölkədə son aylarda 5.7 milyon test edilib.
ABŞ Prezidenti Donald Trump deyib ki, bir müddət sonra ölkədə hər gün 5 milyon test edilə bilər.

- BİLİRSİNİZMİ? - Koronavirus: Nə dərəcədə narahat olmalı?
- AZƏRBAYCANDA KORONAVİRUS- SON RƏQƏMLƏR
- DÜNYA XƏRİTƏSİ - Koronavirus - dünya üzrə rəqəmlər bu səhifədə canlı yenilənir
- QORUNMA YOLU - Koronavirus: Qorunmaq üçün nə etməli?
- COVID-19 VƏ MİFLƏR - Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
- MASKALAR - Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- KORONAVİRUS VƏ ORUCLUQ -Ramazanda koronavirus tədbirləri: Ümumdünya Səhiyyə Təşkilatı nələri tövsiyə edir?






