Müsəlmanlar Ramazan ayını koronavirusa görə təcrid olunmuş şəraitdə qeyd edirlər

Nepalda karantin rejiminin tətbiq edilməsinə baxmayaraq bu mömin müsəlman Katmandu şəhərində Ramazan ayının ilk günündə məscidə namaz qılmağa gəlib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Nepalda karantin rejiminin tətbiq edilməsinə baxmayaraq bu mömin müsəlman Katmandu şəhərində Ramazan ayının ilk günündə məscidə namaz qılmağa gəlib
Presentational white space

Dünya boyu milyonlarla müsəlman bu il Ramazan ayını qeyd etmək üçün müxtəlif yollar axtarıb tapır.

Səbəb koronavirus epidemiyasının qarşısını almaq məqsədi ilə müxtəlif ölkələrdə tətbiq edilən məhdudiyyətlərə görə məscidlərin bağlanması və yığıncaqların qadağan edilməsidir.

Ramazan ayında dünyanın 1,8 milyardlıq müsəlman əhalisi gün doğandan batana qədər oruc tutur.

Ailələr və dostlar adətən iftar açmaq və namaz qılmaq üçün bir yerə yığışır. Lakin bu il müsəlmanlar bu müqəddəs ayı evlərində keçirməlidirlər.

Ramazan İslam təqviminin doqquzuncu ayıdır və bu il cümə axşamı günündən başlayıb.

Qüdsdəki (Yerusəlim) əl-Əqsa məscidi kompleksi mart ayının ortalarından etibarən möminlər üçün bağlanıb və Ramazan ayında açılmayacaq.

Pandemiya hətta Səudiyyə Ərəbistanında, Məkkədə İslamın ən müqəddəs məbədlərinin də fəaliyyətinə təsir edib.

Kəbənin, Məkkənin Böyük Məscidi adətən Ramazan ayında möminlərlə dolu olur, lakin indi demək olar ki, boşdur

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kəbənin, Məkkənin Böyük Məscidi adətən Ramazan ayında möminlərlə dolu olur, lakin indi demək olar ki, boşdur
New-York-da boş məsciddə imam azan oxumağa hazırlaşır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, New-York-da boş məsciddə imam azan oxumağa hazırlaşır
Pakistanın Lahor şəhərində müştərilər iftar açmaq üçün ərzaq alarkən sosial məsafə qaydalarına əməl edirlər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Pakistanın Lahor şəhərində müştərilər iftar açmaq üçün ərzaq alarkən sosial məsafə qaydalarına əməl edirlər
Hindistanda, Dehli şəhərindəki Cümə məscidi qarşısında kişi iftarını açır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hindistanda, Dehli şəhərindəki Cümə məscidi qarşısında kişi iftarını açır
Cümə günü Qüdsdə müsəlmanlar Qədim Şəhərin küçələrində namaz qılır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Cümə günü Qüdsdə müsəlmanlar Qədim Şəhərin küçələrində namaz qılır
İndoneziyada hökumət Ramazan ayı ərzində səyahətlərə qadağa qoyub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İndoneziyada hökumət Ramazan ayı ərzində səyahətlərə qadağa qoyub
Namaz qılmaq da daxil olmaqla, toplu halında kollektiv tədbirlərə koronavirus səbəbindən qadağaya etirazlardan sonra Niger paytaxtı Niamey küçələrinə sakitlik çöküb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Namaz qılmaq da daxil olmaqla, toplu halında kollektiv tədbirlərə koronavirus səbəbindən qadağaya etirazlardan sonra Niger paytaxtı Niamey küçələrinə sakitlik çöküb
Misir Tux şəhəri Ramazan ayı ilə əlaqədər bayram rəmzləriylə bəzədilsə də, axşam saatlarında şəhərdə koronavirusa görə komendant rejimi tətbiq edilir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Misir Tux şəhəri Ramazan ayı ilə əlaqədər bayram rəmzləriylə bəzədilsə də, axşam saatlarında şəhərdə koronavirusa görə komendant rejimi tətbiq edilir

Bütün fotolar müəlliflik hüququ ilə qorunur.