ABŞ-da senator John McCain vəfat edib

Şəklin mənbəyi, Getty Images
ABŞ-da 82 yaşında senator John McCain vəfat edib. Onu Amerikalılar Vyetnam müharibəsinin qəhramanı sayırdılar. ABŞ-da John McCain ölkəsinin ən nüfüzlu siyasətçilərindən birinə çevrilib.
Senator John McCain Rusya prezidenti Vladimir Putinin siyasətinıə qarşı barışmaz mövqe ilə də tanınırdı.
2017-ci ildə McCain bəyan etmişdi ki, Moskva beynəlxalq təhlükəsizlik üçün özünü İslam Dövləti adlandıran qrupdan daha böyük təhlükə kəsb edir.
Eyni zamanda John McCain senatda problemlərin həll olunması üçün danışıqlara və kompromislərə getməyə hazır olan bir siyasətçi kimi də tanınırdı.
Respublikaçılar partiyasının üzvü olmasına baxmayaraq, John McCain Demokratlar patrtiyasından olan Barack Obamaya məsləhətlərilə kömək edirdi və kəskin tərzdə öz partiyadaşı olan Donald Trump-ı tənqid edirdi.
Cümə günü avqustun 24-də onun ailəsi bildirdi ki, John McCain xərçənqdən müalicəni dayandırmaq qərarına gəlib.
2017-ci ilin iyulunda həkimlər senatorun beynində bədxassəli şiş aşkar ediblər. Onlar bu şişi senatorun sol gözünün üst nahiyəsində əmələ gəlmiş trombu ləğv edərkən müəyyən etmişlər.
ABŞ prezidenti Donald Trump Twitter səhifəsində John McCain-in vəfat ilə bağlı onun ailəsinə başsağlığı bildirib.






