İranda 5.9 bal gücündə zəlzələ - azı 130 nəfər yaralanıb

Şəklin mənbəyi, Getty Images
Bazar günü İranın qərbindəki Kirmanşah vilayətində 5,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində azı 130 nəfər yaralanıb.
Dövlət televiziyasının məlumatına görə, zəlzələdən əvvəl ölkənin cənubunda Hormozgan vilayətində iki yeraltı təkan qeydə alınıb.
Kirmanşah vilayətinin qubernatoru Hushəng Bəzvəndin sözlərinə görə, yaralıların əksəriyyətini xəstəxanalara yerləşdirmək lazım gəlməyib.
Dövlət televiziyasının məlumatına əsasən, zəlzələdən əvvəl baş vermiş 4,7 və 5,7 gücündə iki yeraltı təkan binaları dağıdıb.
Morteza Səlimi, Iran Qırmızı Aypara təşkilatının sədri, bildirirb ki, bəzi binalarda divarlar çöküb, lakin irimiqyaslı dağıntılar baş verməyib, İRNA xəbər verir.
Ötən ilin noyabr ayında Kirmanşah vilayətində 7,3 bal gücündə zəlzələ baş verib.

