Gözəllik standartları: Misirdə buruq saçlar dəbi geri qayıdır

Eman El-Deeb

Şəklin mənbəyi, EMAN EL-DEEB

Şəklin alt yazısı, Eman El-Deeb-ə demək olar ki, hər gün saçlarını düzləşdirmək deyilirdi

Misirli gənc qadın Eman El-Deeb 2016-cı ildə ölkəni tərk etmək qərarına gəlib. Bu nə təhsil, nə iş, nə də sevgili üçün idi. Səbəb onun buruq saçları idi.

26 yaşlı xanımın iri buruq saçları var.

O, hazırda İspaniyada yaşayır və onun buruq saçları burada çox bəyənilir.

Ancaq bir çox qadınların Avropa gözəllik ideallarını təqlid etməyə çalışdığı Misirdə saçlarını lənət kimi hiss edirdi.

"Ölkəni tərk etmək qərarı mənim üçün çox kədərli idi. Mən heç vaxt köçəcəyimi təsəvvür etməmişdim", - Eman deyir.

"Ancaq mən yorulmuşdum... Elə bir nöqtəyə gəmişdim ki, mənim görkəmimin heç kəsi narahat etmədiyi yerdə yaşamaq istəyirdim."

Misir qadınları

Şəklin mənbəyi, MONA GHANDER

Şəklin alt yazısı, Misir qadınlarının çoxunun təbii buruq saçları var

Eman deyir ki, Misirdə o, tanışlar və yad adamlar tərəfindən də lağa qoyulurdu.

"Misir bankında işlədiyim ilk aylarda demək olar ki, hər gün insan resursları şöbəsindən kimsə gəlib saçlarımı düzləşdirməyi istəyirdi."

Emanın köçmək qərarı çoxlarına mənasız gəlsə də, ehtimal ki, onun hekayəsi Misirdəki bir çox qadında əks-səda effekti yaradacaq.

Misirli qadınların çoxunun saçları buruqdur.

Onların çoxu hələ uşaqlıqdan cəmiyyətin gözəllik standartlarına uyğun gəlmək üçün saçlarını düzləşdirməyə məcbur edilir.

"Saçlarıma görə lağa qoyulurdum"

2016-cı ildə burada qadınların saçlarına təbii qulluq etmələri üçün Facebook qrupu açılanda qoşulanlar çox olmuşdu.

Bu gün qrupun yaradılmasından iki il sonra "Hair Addict" qrupunun 105 mindən artıq qadın üzvü var və bunların 95%-dən çoxu aktiv müzakirələr aparır.

Doaa Gawish qızı ilə birgə

Şəklin mənbəyi, DOAA GAWISH

Şəklin alt yazısı, Doaa Gawish qızı ilə birgə Hair Addict Facebook qrupunu yaradıb

Qrupu 38 yaşlı Doaa Gawish saçlarına görə əziyyət çəkəndən sonra yaradıb.

"Uşaq olanda saçlarıma görə ələ salınırdım... Həmişə saçlarımı düzləşdirirdim", - o deyib.

O indi saçlarını düzləşdirməkdən əl çəkib.

Noran Amr

Şəklin mənbəyi, NORAN AMR

Şəklin alt yazısı, Noran Amr: "İnsanlar indi daha çox maariflənir"

Artan maarifləndirmə

32 yaşlı Noran Amr artıq bir ildir ki, saçlarını düzləşdirmir. O, ilk dəfə keçən ay təbii buruq saçları ilə toyda iştirak edib.

"Toyda insanların reaksiyaları çox müsbət idi. Hər kəs saçlarımın necə gözəl olduğunu deyirdi."

"İndi insanlar daha çox maariflənirlər. İndi Misirdə buruq saç mədəniyyəti var."

"İlk müsbət şərh"

Tələbətlar çoxaldıqca bu il ilk buruq saç salonu açılıb.

Salonda həftədə 30 nəfərdən çox müştəri olur və onların çoxu gənclər olur.

Hair Addict tərəfindən Misir salonları və stilistləri üçün təşkil olunan təlim sessiyası

Şəklin mənbəyi, THE HAIR ADDICT

Şəklin alt yazısı, Hair Addict tərəfindən Misir salonları və stilistləri üçün təşkil olunan təlim sessiyası

Studiyanın 33 yaşlı sahibi Sara Safwat buruq saçın trendə çevrildiyini deyir.

"2017-ci ildə Misirə gələndə taksi sürücüsü saçımın çox gözəl olduğunu dedi. İlk öncə onun kinayə işlətdiyini düşündüm. Sonra isə onun səmimi olduğunu anladım."

"Bu, mənim Misirdə saçlarım haqqında eşitdiyim ilk müsbət şərh idi."