ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyaya raket zərbələri endirib

Donald Trump

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, ABŞ prezidenti Donald Trump: Suriyadakı hədəfləri vurmaq əmrini verdim

ABŞ, Britaniya və Fransa Dəməşq və Homs ətrafına raket zərbələri endirib.

Suriyaya vurulan zərərin miqyası hələ məlum deyil, lakin, məlumatlara görə, Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri ilə hərbi qarşıdurma olmayıb.

Şənbə günü Dəməşq vaxtı ilə saat 4-də (Bakı vaxtı ilə saat 5-də) ABŞ prezidenti Donald Trump Bəşər Əsəd rejiminin Duma şəhərinin dinc əhalisinə qarşı kimyəvi silah tətbiq etməsi ehtimalına cavab olaraq, Suriyanın bombalanmaya başlandığını elan edib.

Britaniyanın baş naziri deyib ki, ABŞ, Britaniya və Fransanın zərbələri kimyəvi silahın istifadəsinə qarşı "düzgün messaj" göndərib.

Theresa May zərbələri "düzgün və qanuni" adlandırıb. Onun sözlərinə görə birgə atılmış addım göstərib ki, beynəlxalq ictimaiyyət kimyəvi silahların istifadəsilə bağlı kənara çəkilib dözümlülük göstərməyəcək.

line

Təhlil: Bu dəfə fərqlimi olacaq?

Jonathan Marcus,

Müdafiə məsələləri üzrə BBC müxbiri

Images showing missile fire broadcast by Syrian TV

Şəklin mənbəyi, Reuters

Bu hücum, ötən il Suriyadakı hərbi bazaya endirilən ABŞ zərbəsindən daha geniş olsa da, prezident Trump-ın nitqində nəzərdə tutulandan daha məhduddur.

Ötən il təqribən 59 raket buraxılmışdı. Bu il isə onların sayı iki qat artıq olub.

Hücumlar başa çatıb. Lakin xəbərdarlıq edilir ki, Əsəd rejimi kimyəvi silahlardan istifadə edərsə əlavə hücumlar həyata keçirilə bilər.

Amerikalılar bildirir ki, Suriya və "xarici" itkilərdən - xarici deyəndə rusiyalılar nəzərdə tutulur - yayınmaq üçün tədbirlər görülüb.

Əsas sual isə dəyişməz qalır. Zərbələr prezident Əsədi çəkindirəcəkmi? Beləki ötən ilki hücum onun davranışına təsirsiz ötüşmüşdü. Görəsən bu dəfə nəticələr fərqlənəcəkmi?

line

"Amerikalı həmvətənlər, az öncə mən Birləşmiş Ştatların silahlı qüvvələrinə Suriya diktatoru Bəşər Əsədin kimyəvi silahları ilə bağlı hədəfləri yüksək dəqiqli zərbələr endirmək əmrini vermişəm", - şənbə günü ABŞ prezidenti Donald Trump deyib.

O əlavə edib ki, 2013-cü ildə prezident Putin bütün aləmə kimyəvi silahı ləğv etmək haqqında zəmanət vermişdi.

"Əsədin son hücumları və bugünkü cavab - bilavasitə Rusiya tərəfindən həmin vədin yerinə yetirilməsinin nəticəsidir", - o əlavə edib.

Theresa May

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Theresa May hesab edir ki, zərbələr "düzgün messaj" göndərib.

ABŞ, Britaniya və Fransanın daxil olduğu koalisiyanın əsas hədəfləri kimyəvi silah istehsalı ilə bağlı olduğu ehtimal olunan Dəməşqdəki Elmi-Tədqiqat Mərkəzi, eləcə də Homs əyalətindəki iki kimyəvi silah anbarı olub.

Kütləvi informasiya vasitələrinin məlumatlarına görə, həmçinin, Suriya Respublika Qvardiyasının qərargahı, Dəməşqdə Mezza aeroportu və Şərqi Qutada Əd-Dumeyr aeroportu atəş altına düşüblər.

Şənbə günü səhər saat 8-ə olan məlumata görə, müttəfiqlər tərəfindən Suriya ərazisi üzərinə 30-dan 100-dək raket buraxılıb. Məlumata görə, onların bir hissəsi vurulub və hədəfə çatmayıb.

ABŞ müdafiə naziri James Mattis bu il zərbə endirilərkən ötən ilkindən iki dəfə artıq raket buraxılıb.

Videonun alt yazısı, Video Suriya üzərinə raket zərbələrini əks etdirir

2017-ci il aprelində Xan-Şeyxun şəhərində kimyəvi hücumdan sonra Amerika eskadra mina gəmiləri Əş-Şayrat Suriya hökumət aviabazasına 59 qanadlı raket buraxıblar.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, qanadlı raket və "hava-yer" tipli aviasiya raketlərinin bir hissəsi hədəflərə yaxınlaşdığı zaman vurulub.

Şənbə günü səhər küçələrə çıxan Dəməşq sakinləri hava zərbələrinə qarşı aksiya keçiriblər.

Dəməşqdə etiraz

Şəklin mənbəyi, Reuters

Dəməşqdə etiraz

Şəklin mənbəyi, Reuters

Dəməşqdə etiraz

Şəklin mənbəyi, Reuters

Nümayişçilər "Bizi qorxuda bilməyəcəksiniz!" qışqıraraq Suriya və Rusiya dövlət bayraqlarını qaldırıblar.

Yürüşə qatılan avtomobillər üzərində prezident Bəşər Əsədin portretləri də olub.

Bəzi hərbi formalı aksiya iştirakçılarının əllərində avtomatlar olub.