Ukrayna və Google Kanadanın baş naziri Justin Trudeau-nun "corab oyununu" oynayır

Volodymyr Groysman and Justin Trudeau shake hands

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Baş nazirlər Volodımır Qroysman və Justin Trudeau Ottawa-da görüşüb.
    • Müəllif, Sherie Ryder
    • Vəzifə, BBC UGC & Social News

Kanadanın Baş naziri Justin Trudeau özünəməxsus geyim üslubu və rəngbərənk corabları ilə məşhurlaşıb.

Ukraynanın ticarət nümayəndəsi, Nataliya Mykolska-nın, Trudeau ilə görüş zamanı onun kolleksiyasına hədiyyə etmək imkanı qazanıb.

Ukrinform yayım platforması həmin corabları "qeyri-adi hədiyyə" kimi səciyyələndirib.

Ukraynanın İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Ukraynanın Baş naziri Volodımır Qroysman-ın adından Trudeau-ya hədiyyə edilməyə seçilmiş həmin corabların fotosunu tvitləyərək, bunun ikitətəfli iqtisadi əlaqələrin inkişafına töhfə olacağını yarızarafat qeyd edib

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Ukraynanın Hromadske.ua xəbər vebsaytının Facebook səhifəsində Trudeau-nun corabları və ona hədiyyə edilən corab dəsti barədə müxtəlif şərhlər olub.

Canadian PM Justin Trudeau and Ukrainian PM Volodymyr Groysman

Şəklin mənbəyi, kmu.gov.ua

Şəklin alt yazısı, Baş nazirlər arasında danışıqlar Ottawa-da keçirilib.

Belə ki, Katerina Krotkova, qeyd edib ki, Kanada baş nazirinə hədiyyə edilmiş corabdan onda da var və demək, bundan sonra onun "Justin-lə eyni corabı olacaq".

İlk dəfə deyil ki, Trudeau-nun corabları diqqət mərkəzinə keçir.

İyul ayında Almaniyada Hamburg şəhərində G20 sammitində iştirak etmiş Trudeau İnstagram səhifəsində fotosunu paylaşarkən rəngli çorabları diqqət cəlb edib.

PM Justin Trudeau talks to the Prime Minister of Australia, Malcolm Turnbull

Şəklin mənbəyi, Justin Trudeau

Şəklin alt yazısı, Justin Trudeau-nun bu fotosu 40,000-dən çox izləyici tərəfindən bəyənilib.

Bəzən Trudeau ilə görüşən siyasətçilər də eyni gediş edərək "corab-corab" oyununa qoşulur. İrlandiyanın baş naziri Leo Varadkar iyul ayında Dublin şəhərində kanadalı həmkarı ilə görüşərkən "corab diplomatiyası"ndan istifadə edib.

Canadian patterned socks worn by Irish Taoiseach Leo Varadkar, during a visit by the Canadian Prime Minister Justin Trudeau to Farmleigh House in Dublin, 4 July 2017

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, İrlandiyanın Baş naziri kanadalı həmkarını belə corabda qarşılayıb.

Cümə günü ABŞ-Kanada münasibətlərinə həsr olunmuş tədbirdə Google şirkətinin keçmiş müdiri, hazırda isə Google-un təsisçisi olan Alphabet şirkətinin icraçı sədri Eric Schmidt, Trudeau-nun corablarının "qeyri-adiliyə görə" həmişə diqqət mərkəzində olduğunu qeyd edib.

"Hamı mənim corablarımı digərlərinki ilə müqayisə edir, Trudeau toplaşanlara deyir, - Digərlərinin corabı daha böyük maraq doğuranda, bu, məni heç pərt etmir, çünki onlar mənim corab oyunumu oynamış olur".

Mayın 4-də keçirilmiş və Ulduz Müharibələri mövzusuna həsr olunmuş tədbirə Trudeau-nun geydiyi corablar da tədbirin ruhuna tam uyğun olub.

Canada's PM Justin Trudeau wears Star Wars-themed socks as he meets with his Irish counterpart, Taoiseach Enda Kenny, during a visit to Montreal, 4 May 2017

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Trudeau "Ulduz Müharibələri Günü" İrlandiyanın keçmiş Baş naziri Enda Kenny ilə görüşərkən, corabları günün mövzusuna tam uyğun olub.

Toronto-da keçirilən gey-paradda isə Trudeau-nun corabları göyqurşağı rənglərində olub.

Canada's Prime Minister Justin Trudeau compares socks with Liberal MP Randy Boissonnault during a pride flag raising ceremony on Parliament Hill in Ottawa, Ontario, 25 June 2017

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ottawa, Ontario, 25 iyun, 2017 - Gey-parad zamanı Kanadanın Baş naziri corabını parlamentin Liberal partiyasından olan üzvü Randy Boissonnault-un corabı ilə müqayisə edib.

Ulduz Müharibələri mövzusunun daha bir personajı - Chewbacca - mövzusunda corablar isə bu dəfə New York-da keçirilən biznes forumunda izləyicilərin diqqətini özünə çəkib:

Justin Trudeau's Chewbacca socks

Şəklin mənbəyi, PA