Kürdlərə Kərkükdən geri çəkilmək üçün "son möhlət" verilib

Peşmərgə

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Peşmərgələr Kərkükə 2014-cu ildə daxil olublar.

Kürdlərin peşmərgə dəstələrinə əsasən Bağdad Kərkük şəhərində əsas mövqeləri İraq qüvvələrinə təhvil verməyi tələb edib.

Bu tələbin yerinə yetirilməsi üçün verilmiş möhlət yerli vaxtla saat 02:00-da başa çatır.

Ötən gecə mübahisəli ərazi yaxınlığında kürd qüvvələrilə İraq hökumətini dəstəkləyən şiə döyüşçüləri arasında toqquşmalar baş verib.

İraq Kürdüstan Regional Hökumətinin (İKRH) müstəqillik referendumundan sonra bölgədə gərginlik artmaqdadır.

Bağdad, Türkiyə, İran, Aİ və ABŞ referendumun nəticələrini tanımayıb.

Videonun alt yazısı, İraq Kərkükə əlavə qüvvə göndərir

Çümə axşamı günü İraq höküməti Kərkükə daxil olmaq niyyətində olmadığını bildirib.

Bağdad və kürdlər Kərkük kimi əhalisi qarışıq olan bölgələrin statusu üzərində 2003-cü ildən bəri mübahisə edir.

Kərkük əyalətində kürdlərin əksəriyyətdə olduğu hesab edilir, hərçənd ki, Kərkük şəhəri çoxsaylı türkman və ərəb icmasına sahibdir.

Peşmərgələr Kərkükə 2014-cu ildə daxil olublar.

İraq

Şəklin mənbəyi, Xəritə