Erdoğan İKRH referendumu barədə: "Bir gecə gözlənilmədən gələ bilərik"

Erdoğan

Şəklin mənbəyi, Reuters

Türkiyə və İrandan gələn təzyiqlər və atılan addımlara baxmayaraq, İraq Kürdüstan Regional Hökuməti (İKRH) bu gün müstəqillik üzrə referendumu keçirib.

Buna cavab olaraq Türkiyə bu həftə görəcəyi yeni tədbirləri təqdim etməyi planlaşdırır. İran isə artıq İKRH ilə sərhədini bağlayıb.

Prezident Recep Tayyip Erdoğan referendumu sərt sözlərlə tənqid edərək, bununla bağlı lazımi tədbirlərin bu həftə içində bəyan ediləcəyini deyib.

Cənab Erdoğan İstanbulda bir çıxışında bildirib ki, "Sərhəddə bu an sadəcə İraq tərəfinə keçidə müşahidə var. Bu həftə içərisində digər tədbirləri də bəyan edəcəyik. Və o addımlar da atılacaq. Və artıq giriş-çıxış, bunlar da bağlanacaq. Müxtəlif tədbirlərimiz var. Onları da ayrıca icra edəcəyik. Və bütün bunlarla birlikdə, Şimal İraq Regional Hökuməti görək, neftini hansı kanallarla haraya axıdıb və ya satacaq. Kran bizdədir. Kranı bağladığımız anda o iş də bitdi. Dövləti idarə edən bütün bunları nəzərə almalıdır."

Türkiyə prezidenti siyasi, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində lazımi addımların atıldığını və heç bir şəkildə güzəşt edilməyəcəyini bildirib.

Yıldırım: "böhran yüksək həddədir"

BINALI YILDIRIM

Şəklin mənbəyi, Reuters

Şimali İraq Kürdistan Regional Höküməti-nin müstəqillik referendumunda səs vermə prosesi davam etdiyi bir vaxtda, Türkiyənin Baş naziri Binalı Yıldırım da bu səsvermənin regionda xoşagəlməz, narahatedici hadisələrin başlanğıcı ola biləcəyini söyləyib.

Televiziyaların ortaq canlı yayımında jurnalistlərin suallarına cavab verən Yıldırım, müstəqillik referendumunun iqtisadi, siyasi, diplomatik, təhlükəsizlik və hərbi də daxil olmaqla, üç ölçüdə olduğunu bildirib.

Yıldırım bildirib ki, böhran yüksək həddə çatıb:

"Dönülməz bir vəziyyətə gəldiyi üçün, bundan sonrası xoşagəlməz, narahatedici hadisələrin də olacağı bir prosesin başlanğıcı olacaq. Ancaq, təkidlə Kərkük kimi, Mosul kimi konstitusiya ilə tanınan sərhədlərin xaricində, bu referendumu həyata keçirmək təkidi, yeni münaqişənin təməlini qoyub. Bunun əvəzi günahsız, mülki insanlar olacaq."

Yıldırım, türkmənlərə qarşı şiddətin artacağı təqdirdə buna laqeyd qalmayacaqlarını və görüləcək hərbi işlərin də, İraq mərkəzi höküməti ilə razılaşdırılacağını bildirib.

Baş nazir, istər Suriya, istərsə də İraqda, Türkiyənin cənub sərhədlərində yeni bir quruluşun meydana gəlməsini "qəbul olunmaz" olduğunu bəyan edib.

"Bu, tam yekun bir müharibə deyil. Biz sərhəd xarici ilə bağlı tədbir görürük. Firat qalxanında da etdiyimiz budur. İraq tərəfdən də gördüyümüz tədbirlər, bu sözdə olan referendum qərarından sonra, oradakı terror ünsürlərinin daha da cəsarətlənərək fəaliyyətlərini artırmaqlarının qarşısını almaq üçündür. Bunları müharibə adı altında bəyan etmək düzgün deyil. Vətəndaşlarımız rahat olsun, müharibəyə başlamırıq", Yıldırım bildirib.

MESUD BARZANI

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İKRH rəhbəri Məsud Bərzani, qutular açıldıqdan biraz sonra səs verib.

Referendum, Ərbil, Süleymaniyə və Dohuk şəhərlərində, mübahisəli bölgə olan Kərkükdə, Salahattin-in Tuzhurmatu, Diyalanın Hanekin kəndləri və Cəlavla və Qaratəpə qəsəbələrində keçirilir.

Əksəriyyəti İraqlı kürd olan beş milyondan çox seçicinin referendumda səs vermə hüququ var.

Yerli vaxtla səhər 08:00-də açılan qutular 18:00 da bağlanacaq.

Qutuların bağlanmasından sonra, rəsmi nəticələrin 72 saat ərzində açıqlanması gözlənilir.

İKRH, "bəli" cavablarının qalib olacağını gözlədiyi referendumdan sonra, Bağdadla müstəqillik danışıqlarına başlamaq istəyir.

Ancaq mərkəzi İraq rəhbərliyi, bu referendumu qəbul etməyəcəyini deyib.

Xarici İşlər Nazirliyi: referendum nəticələri "yox" hökmündədir

Türkiyənin Xarici İşlər Nazirliyinin səhər radələrində yayılan açıqlamasında, referendum nəticələrinin "yox" hökmündə olduğu və bu təşəbbüsün qəbul olunmadığı bildirilib.

Açıqlamada deyilib ki, bütün beynəlxalq ictimaiyyətin və xüsusilə regional ölkələrin referendum barəsində olan ardıcıl yanaşmanı davam etdirmələri və bu qeyri-qanuni təşəbbüsün nəticələrini qəbul etməkdən imtina etməkləri vacibdir.

KUZEY IRAK REFERANDUM

Şəklin mənbəyi, AFP/Getty Images

Həmçinin açıqlamada, İKRH rəhbərliyinin "sağlam düşünməsi"nin və İraq xalqının sülh və rifahına xidmət edən bir siyasət qəbul edilməsinin vacib olduğu vurğulanıb.

Xarici İşlər Nazirliyi açıqlamasında "Referendum dövründə mövcud şəraiti istismar etmək istəyəcək bəzi radikal ünsürlərin və terroristlərin milli təhlükəsizliyimizi hədəf alan işlərə cəhd etdikləri təqdirdə və İraqda milli təhlükəsizliyimiz ilə bağlı olan hər cür təhdidlərə qarşı beynəlxalq hüquqdan və Türkiyə Böyük Millət Məclisinin (TBMM) verdiyi səlahiyyətlərdən irəli gələn bütün tədbirləri görəcəyimizi bir də vurğulayırıq" deyilib.

line

Xarici İşlər Nazirliyi, bu açıqlamadan başqa, bir səyahət xəbərdarlığı da yayıb.

Nazirlik, İraqla bağlı olan səyahət xəbərdarlığının Dohuk, Ərbil və Süleymaniyə-ni əhatə edəcək şəkildə olacağını bildirib, həmçinin burada qalması məcbur olmayan vətəndaşlarından bu şəhərlərdən çıxmağını istəyib.

İran sərhədi bağlayıb

İran Xarici İşlər Nazirliyi, İKRH ilə olan sərhəddi bağladığını bildirib.

Nazirliyin rəsmisi Bəhram Qasımi bildirib ki, İraq hökümətinin tələbinə görə, quru və havadan olan sərhədlərimizi bağladıq.

Qasımi referendumu qanunsuz və qeyri-qanuni olaraq vurğulayıb.

İran prezidenti Həsən Ruhani və İraq baş naziri Heydər əl İbadi, bazar günü axşam telefonla əlaqə saxlayıb.

Ruhani, telefon danışığında İranın İraqdakı mərkəzi hökümətinə dəstəyini təkrarlayıb.