İraqın Kürdüstan bölgəsi müstəqillik referendumu keçirib

Şəklin mənbəyi, Getty Images
İraqın Kürdüstan bölgəsində seçicilər ziddiyyətli müstəqillik referendumu üçün səsvermə məntəqələrinə gedib.
Səsvermə İraq Kürdüstan Regional Hökumətini (İKRH) təşkil edən üç şimali rayon və Bağdadla mübahisəli ərazilərdə keçirilib.
İraqın baş naziri referendumu "konstitusiyaya ziddiyətli" olduğunu deyib və xəbərdarlıq edib ki, o, "ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər" görəcək.
Kürd liderləri gözlənilən "bəli" seçiminin qələbəsinin onlara müstəqillik üzrə danışıqlara başlamağa səlahiyyət verəcəyini deyirlər.
Qərb ölkələri yeni münaqişənin yaranması və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizədən yayınmaq ehtimalı ilə referendum barədə narahatlıqlarını ifadə ediblər.
Kürdlər Yaxın Şərqdə dövlətsiz olan ən böyük etnik qruplardan biridir. 1991-ci ildə muxtariyyat qazanmadan əvvəl, İraqın 37 milyonluq əhalisinin 15-20 faizini təşkil edən kürdlər onilliklərlə repressiya ilə üzləşmişdilər.

Həmçinin oxuyun:


Şəklin mənbəyi, AFP
İKRH və İraqın İKRH-ın nəzarəti altında olan şimali ərazilərində keçirilən referendumda 5,2 milyon şəxsin səsvermə üçün qeydiyyatdan keçdiyi bildirilib.
Referendumun "Bəli" ilə nəticələnəcəyi gözlənilir.
Seçki məntəqələri yerli vaxtla saat 18:00 qədər açıq qal və ilkin nəticələrin 24 saat ərzində, yekun nəticənin isə bu həftənin sonunacan bəyan ediləcəyi gözlənilir.
Ərbil şəhərində bir məktəbdə yerləşən seçki məntəqəsində səs vermək üçün növbədə gözləyən bir kişi Reuters agentliyinə "100 ildir ki, bu günü gözləyirik" deyib.
"Biz dövlətimizin olmasını istəyirik, inşallah. Bu gün bütün kürdlərin üçün bayramdır. Allah qoysa biz bəi deyəcəyik, əziz Kürdüstana bəli deyəcəyik."
Böyük ərəb və türkmən əhalisi olan Kərkük şəhərində seçkidən əvvəl bir neçə xırda qarşıdurmalar baş verib, AFP agentliyi bildirib.
Səsvermədən öncə baş nazir Heydər əl-Əbadi bildirib ki, səsvermə, konstitusiyaya ziddir və sülh prosesini hədələyir: "Biz ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər görəcəyik".
Lakin o, hansı tədbirləri həyata keçirmək niyyətində olduğunu açıqlamayıb.

Şəklin mənbəyi, Reuters
Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb edib.
İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış edib.
Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.
İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olub.







