Britaniya Baş nazirinin çıxışını kəsən komediyaçının zarafatları

Şəklin mənbəyi, PAUL ELLIS/ Getty Images
- Müəllif, Tural Əhmədzadə
- Vəzifə, BBC Azərbaycanca
Çərşənbə günü Britaniya Baş naziri Theresa May-ın hakim mühafizəkar partiyasının konfransında verdiyi çıxışına, ona sənəd təqdim edən komediyaçı mane olub.
Lee Nelson adı ilə də tanınan komediyaçı Simon Brodkin xanım May-ə Britaniyada iş yerini tərk edən işçilər tərəfindən doldurlan P45 sənədini təqdim edərək, "Boris [Xarici İşlər naziri Boris Johnson] məndən bunu sizə verməyimi xahiş edib" deyib.
Bu addımdan dərhal sonra, o, konfrans zalından təhlükəsizlik işçiləri tərəfindən uzaqlaşdırılıb. Xanım May isə vərəgəni ondan alıb, yerə qoyub və zarafat edərək P45 sənədini yalnız müxalifətçi leyboristlər partiyasının lideri Jeremy Corbyn-ə vermək istədiyini bildirib.
Komediyaçı Simon Brodkin həm də belə hərəkətlərilə məhşurdur. O, mətbuat konfransları və digər mühüm tədbirlərə bir neçə dəfə müdaxilə edərək özünə ad qazanıb.

Şəklin mənbəyi, PAUL ELLIS/ Getty Images
Simon Brodkin-in əvvəlki "zarafatları"

Şəklin mənbəyi, OLI SCARFF / Getty Images
2015-ci il iyunun 27-də, yaratdığı Lee Nelson obrazını oynayaraq, Simon Brodkin Glastonbury Musiqi Festivalındakı səhnədə ifa edən repper Kanye West-in çıxışına mane olub.
Simon Brodkin-in Britaniyada keçirilən məhşur müsiqi festivalındaki bu hərəki onun ilk zarafatı olmayıb.
Bundan əvvəl, o, İngiltərə milli futbol komandası futbolçularının arasına qatılmağa cəhd edib və Manchester City klubunun Evertona qarşı oyunu zamanı sahəyə qaçaraq Manchester klubunun futbolçuları ilə məşq etməyə cəhd edib.

Şəklin mənbəyi, OLI SCARFF / Getty Images
FİFA və Sepp Blatter

Şəklin mənbəyi, Philipp Schmidli / Getty Images
2015-ci il, iyulun 20-də FİFA-nın sabiq prezidenti Sepp Blatter ona və təşkilatın digər yüksək vəzifəli rəsmilərinə qarşı korrupsiya ittihamlarının yaratdığı qalmaqala münasibətini bildirmək üçün Sürixdə mətbuat konfransı keçirib.
Bu konfransda iştirak edən Simon Brodkin, Sepp Blatter-in əyləşdiyi masanın önünə gələrək, öz pulundan 600 ABŞ dollarlıq əskinasları cənab Blatter-in üzərinə atıb.

Şəklin mənbəyi, FABRICE COFFRINI / Getty Images
Volkswagen-in dizel saxtakarlığı

Şəklin mənbəyi, Harold Cunningham / Getty Images
Almaniyanın Volkswagen avtomobil şirkətinin martın 1-i 2016-cı ildə Cenevrədə keçdirdiyi konfransı zamanı, Simon Brodkin bir daha zarafatla səhnəyə çıxıb.
Burada, o, mühəndis geyimində və əlində üzərindən "fırıldaq qutusu" yazılmış qutu ilə səhnədəki maşının önündə əyilib.
Bu hadisədən bir qədər əvvəl, aşkar olunmuşdu ki, Volkswagen şirkəti dizel maşınlarının kompüterlərini xüsusilə yoxlamalarda daha az zərərli qaz buraxması üçün proqlamlamışdı.
Nəticədə şirkət maşınlarının təbii halda daha çox karbon və digər zərərli qazları buraxdığını, yoxlamanı aparan rəsmilərdən gizlədə bilmişdi.
Dizel qalmaqalı kimi tanınan bu hadisədə həmçinin digər avtomobil şirkətlərinin də Avropa İttifaqının karbon qaz limitindən daha çox emisiyyası olduğu aşkar edilib.

Şəklin mənbəyi, Harold Cunningham / Getty images
Donald Trump-ın golf kurortu

Şəklin mənbəyi, OLI SCARFF / Getty Images
2016-cı il, iyunun 24-ü Donald Trump Şotlandiyadaki Turnberry Kurortunun təmirdən sonra açılışını qeyd etmək üçün mətbuat konfransı keçirib.
Konfransda olan Simon Brodkin, cənab Trump-ın çıxışı zamanı ona üzərində nasist Almaniyasının svastikalı bayrağı olan golf toplarını yerdən atıb.
"Onu buradan çıxarın", Trump deyib.

Şəklin mənbəyi, Jeff J Mitchell / Getty O,ages






