Kanye West pulsuz Yerevan konsertində gölə atıldı
Amerikalı reper, Kim Kardashianın əri Kanye West ailənin Ermənistana səfəri zamanı paytaxt Yerevanda pulsuz konsert verib. Sonalar Gölü adlanan ərazidə keçirilən konsertin ortasında o, gölün içinə atılıb.
Çərşənbə günü Los Ancelesdən Ermənistana gələn Kim Kardashian-ı səfərdə ailə üzvləri və "Keeping Up With the Kardashians" realiti-şounun çəkiliş qrupu müşayiət edib.
Səfərdən əvvəl mediada məlumat yayılmışdı ki, Kim Kardashian qohumları ilə "erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində əcdadlarının vətəni Ermənistana" baş çəkəcək.
