İrma qasırğası Floridaya çatıb

Şəklin mənbəyi, Reuters
İrma qasırğası Floridaya yaxınlaşdıqca dördüncü dərəcəyə yüksəlib. Küləyin sürəti saatda 209 km -ə çatır.
Qasırğa Floridanın cənubundakı adalara təsir göstərib və yaxın saatlarda qitəyə də çatacaq, qubernator bildirib.
ABŞ-ın bu ştatında suyun səviyyəsi artıq qalxmaqdadır və böyük fırtına gözlənilir.
İrma qasırğasının daha əvvəl Karib adalarında törətdiyi dağıntılar nəticəsində azı 25 nəfər həlak olub.
Floridada 6.3 milyon insana - ştat əhalisinin təxminən 30 faizi - ərazini tərk etmək tapşırılıb. Lakin şənbə günü ştatın qubernatoru bildirib ki, artıq kiminsə oranı tərk etməsi üçün çox gecdir.
Milli Qasırğa Mərkəzi bölgədə "həyati təhlükəli" fırtına ilə bağlı xəbərdarlıqlar edib.
Ştatda 1 milyondan çox evin elektrik enerjisi kəsilib.


