Mosul döyüşü: İraqın Baş naziri Mosulda İD üzrə qələbəni qeyd edib

Twitter image of Haider al-Abadi shaking hands with Iraqi fighters

Şəklin mənbəyi, İraq Baş Nazirliyi/Twitter

Şəklin alt yazısı, Twitter-də paylaşdığı şəkildə, Baş nazir Heydər əl-Abadini əsgərlərə görüşür

İraqın Baş naziri Heydər əl-Abadi Mosula gələrək İraq hərbi qüvvələrini özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə uzun döyüşdən sonra qazandığı qələbəyə görə təbrik edib.

Baş naziriliyinin şənbə günü dərc etdiyi bəyanatda, cənab əl-Abadinin Mosula səfərinin məqsədinin şəhərin azadlığını və İraq qüvvələrinin qələbəsini bəyan etmək olduğu deyilir.

ABŞ hava zərbələrinin dəstəyi ilə İraq qüvvələri keçən il, oktaybrın 17-si şəhər uğrunda döyüşə başlayıblar.

İD Mosulu 2014-cü ilin iyun ayında işğal etdikdən sonra İraqın sünni bölgələrinin əksər qismini ələ keçirib.

Bundan sonra Suriya və İraqda nəzarəti altında olan ərazidə xilafət bəyan edən İD son 9 ay ərzində ərazisinin böyük hissələrini itirib.

İD-a qarşı döyüşdə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi qüvvələri və məsləhətçilərinin dəstəyi ilə kürd peşmərgə döyüşçüləri, sünni ərəb tayfalarının nümayəndələri və şiə silahlıları iştirak edir.

Şənbə günü, yalnız Mosulun qədim şəhərinin kiçik bir hissəsi İD cihadçılarının nəzarətində qalmışdı.

Iraqi Federal police celebrate in the Old City of Mosul, 8 July

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İraq federal polisi Mosulun qədim şəhərində qələbələrini qeyd edirlər (8 iyul 2017)
Members of the Iraqi federal police vehicles are seen in the Old City of Mosul on 8 July

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Mosulun qədim şəhərində İraq federal polisinin zirehli maşını (8 iyul 2017)