Meksika nadir dəniz donuzlarını xilas etmək üçün delfinlərdən istifadə edəcək

Şəklin mənbəyi, Paula Olson
Meksika hökuməti ABŞ donanması tərəfindən təlimdən keçən delfinlərdən istifadə edərək nadir vaquita dəniz donuzlarını xılas etməyi planlaşdırdığını bildirib.
Ətraf mühit naziri Rafael Paçiano delfinlərin nəsili kəsilmək təhlükəsində olan vakita dəniz donuzlarını hökumətin yaratdığı sığınacağa toplayacağını deyib.
Eyni zamanda Meksika dəniz donuzlarının ölümünə səbəb olduğu söylənən balıq torlarını daimi olaraq qadağan edib.
Alimlər təbiətdə 40-dan az vakita dəniz donuzunun qaldığını ehtimal edirlər.
Cənab Paçiano delfin layihəsinin sentyabr ayında başlayacağını deyib.

Şəklin mənbəyi, Flip Nicklin / Minden Pictures
"Biz son ili ABŞ donanması ilə birlikdə onların itkin düşmüş akvalanqçıları tapmaq üçün təlimlənmiş bir qrup delfinlə keçirmişik", o, Formula radiosuna deyib.
"Biz onları vakitaları tapmağı öyrətmişik. Vakitaları xilas etmək üçün biz mümkün olduqca çox sayda vakitanı ələ keçirməyə qarantiya verməliyik", o, əlavə edib.
Cümə günü, Meksika hökuməti dəniz donzularının ölümünə səbəb olduğu iddia edilən torların qadağan edildiyini bəyan edib. Bu torlar çinli dərmanlarda yüksək dəyəri olan totaba balıqlarının tutulmasında istifadə edilir.
Vakitaların xilas edilməsinə kampaniya aparan Hollywood aktyoru Leonardo DiCaprio twitter-də torların qadağan edilməsini "əla xəbər" adlandırıb və qərara görə Meksika Prezidenti Enrique Pena Nieto və World Wildlife Fund təşkilatına minnətdarlığını bildirib.







