Hələb yaxınlığında silahlı qruplaşmanın "komandiri öldürülüb"

Şəklin mənbəyi, Getty Images
Suriyanın Hələb şəhəri yaxınlığında hava zərbəsi nəticəsində Cəbhət Fatah əş-Şam ( Əvvəllər ən-Nüsrə Cəbhəsi - red.) qruplaşmasının yüksək rütbəli komandiri öldürülüb, üsyançı mənbələr bildirir.
Əbu Ömər Sarakebin ölümü barədə xəbər qruplaşmanın Twitter səhifəsinə yerləşdirilib.
Hava zərbəsinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.
Ən-Nüsrə adını iyul ayının sonunda dəyişdirib. Məlumata görə adının dəyişdirilməsilə yanaşı o, əl-Qaidə ilə əlaqələrə də son qoyub.

Şəklin mənbəyi, Getty Images
İstehkamı İdlib bölgəsi sayılan Cəbhət Fatah əş-Şam Suriyanın ən nüfuzlu cihadçı qruplaşmalarından birdir. O, 2012-ci ildən bəri Bəşər əl-Əsəd qruplaşmasına qarşı vuruşur.
Qruplaşma Rusiya, ABŞ və Suriya tərəfindən terrorçu təşkilat olaraq tanınıb.
