Telefonun yaddaşından: sizin göndərdiyiniz şəkillər
BBC Azərbaycanca, izləyicilərin bizə göndərdiyi telefonla çəkilmiş şəkilləri dərc etməyə davam edir.
Bu dəfə izləyicilərimiz telefonun yaddaşından Azərbaycan və dünyanın digər bölgələrində çəkdikləri şəkilləri bizə göndəriblər.

Şəklin mənbəyi, Yunis Huseyn
Yunis Hüseyn bu qoyunların şəklini telefonu ilə, 2015-ci ilin oktyabr ayında, Şəmkir rayonunda çəkdiyini deyir.

Şəklin mənbəyi, Arzu Jamilova
Keçən il Lənkəran şəhəri Palıdlı sahilində çəkilmiş fotonun müəllifi, izləyicimiz Arzu Cəmilovadır.

Şəklin mənbəyi, Bayram Memmedov
Bu isə Bayram Məmmədovun telefonunun yaddaşından bir görüntü. Müəllif bu fotonu Bakıda çəkib.

Şəklin mənbəyi, Guler Mehdizade
"Kopenhagen, Danimarka. Nyhavn bölgəsində rəngli evlər, evlərin qarşısında köhnə taxta qayıqlar şəhərə xüsusi gözəllik verir," Gülər Mehdizadə deyir.

Şəklin mənbəyi, Kamal Bayramov
Yardımlı, Zovin kəndi. Şəklin müəllifi Kamal Bayramov.

Şəklin mənbəyi, Lazer Sefereliyev
Lazer Səfərəliyev adlı izləyicimizin dediyinə görə, 2010-cu ildə Dubayda gördüyü bu mənzərədə Günəşin böyüklüyü onun diqqətini çəkib.

Şəklin mənbəyi, Mustafa Mirzoyev
Bakı, 28 May Dəmiryol Vağzalı. Mustafa Mirzoyev.

Şəklin mənbəyi, Reina Mamedova
Thornton Abbey, İngiltərə. Müəllif, Reina Mamedova.

Şəklin mənbəyi, Tarana Abbasova
Təranə Abbasova bizə göndərdiyi bu fotonu 2014-cü ildə, Türkiyənin Fethiye şəhərində çəkib.

Şəklin mənbəyi, Waleh
Almaniyanın Mainz şəhəri. Waleh adlı izləyicimiz fotonu 2016-cı ilin mart ayında çəkdiyini deyir.
<bold>Həmçinin baxın</bold>: <link type="page"><caption> İngiltərə telefonun yaddaşında</caption><url href="http://www.bbc.com/azeri/blogs/2016/03/160303_phone_photos" platform="highweb"/></link>



