Ermənistan və Azərbaycan liderləri gələn həftə "görüşə bilər"

Foto: Arxiv

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Foto: Arxiv

Ermənistan və Azərbaycanın liderlərinin gələn həftə Vyanada görüşərək Dağlıq Qarabağdakı atəşkəsi müzakirə edəcəyi gözlənilir.

Baş tutacağı təqdirdə bu, hər iki ölkə başçısının aprel ayının əvvəli baş tutmuş dörd günlük “ağır döyüşlərdən” sonra ilk görüşü olacaq.

Görüşdə ABŞ, Rusiya və Fransadan olan yükəsk rütbəli diplomatların da iştirak edəcəyi gözlənilir.

“Ermənistan və Azərbaycan prezidentlərinin görüşü gələn həftəyə planlaşdırılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.

Görüş atəşkəsin möhkəmləndirilməsi, Yerevan və Bakı arasında etimadın gücləndirilməsi və “danışıqların davam etdirilməsi üçün uyğun şəraitin yaradılmasına xidmət edəcək,” münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupundan bildirilib.

Aprel ayının əvvəlində Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş dörd günlük qızğın döyüşlər nəticəsində 100-dən çox insan həlak olub.

Həmçinin oxuyun: <link type="page"><caption> ATƏT - Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib</caption><url href="http://www.bbc.com/azeri/region/2016/04/160417_osce_meeting_karabakh" platform="highweb"/></link>