ABŞ: "Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırıq"

Şəklin mənbəyi, AFP
Azərbaycanda bir sıra hüquq müdafiəçisi, fəal və jurnalist prezident sərəncamına əsasən azad edilib.
Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bu Əfv Sərəmcamı ilə 150-yə qədər insan azad edilib. Onlar arasında beynəlxalq təşkilatların "siyasi məhbus" kimi tanıdıqları şəxslər də var.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bildirib ki, ABŞ Azərbaycan hökümətinin "insan haqları sahəsindəki işlərinə görə və ya fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır".
"Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırıq. Biz həmçinin hökuməti eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilmiş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkət etmə azadlığlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq", cənab Kirby əlavə edib.

Beynəlxalq Sülh naminə Carnegie Fondunun (Carnegie Endowment for International Peace) böyük elmi işçisi Tom de Waal əfv fərmanını "müsbət" addım kimi dəyərləndirib.
“İki il əvvəl Azərbaycan hökuməti insan hüquqları müdafiəçilərinə qarşı təqiblərə başlayaraq çox sayda tanınmış hökumət tənqidçilərini məhbəsə atıb. Həbs olunanlardan bir neçəsi hazırda əfv olunub. İnsan haqları müdafiəçisi Rasul Cəfərov əfv olunub və həbsdən azad olunan tanınmış jurnalist Rauf Mirqədirova şərti cəza verilib. Bunlar həqiqətən də müsbət addımlardır”, o BBC Azərbaycancaya müsahibəsində deyib.
Tom de Waal ehtimal edir ki, prezident İlham Əliyevin Vaşinqtondakı Nüvə Sammitinə səfərindən əvvəl və ABŞ konqresinin Azərbaycan rəsmilərinə qarşı viza məhdidiyyətlərilə bağlı qanunvericiliyin müzakirəsi ərəfəsində atılmış addım Washingtonu sakitləşdirmək məqsədini güdə bilər.
Eyni zamanda ekspert “yalnız hakimiyyəti tənqid etməklərinə görə hələ də barmaqlıqlar arxasında qalan” adamları yaddan çıxarmamağa səsləyib.
Azad edilənlərin ailələrinin şərhləri

Şəklin mənbəyi, Tolishi Sado
“Tolışi sədo” qəzetinin baş redaktoru <link type="page"><caption> Hilal</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2013/09/130927_hilal_mammadov_verdict" platform="highweb"/></link><italic><bold> Məmmədovun qardaşı Səbahəddin Məmmədov</bold></italic> BBC Azərbaycancaya deyib ki, xəbəri İnternet saytlardan öyrəniblər.
"Interneti təsadüfən açanda gördük çox sevindirici xəbərdir, bütün ailə sevinir. Sərəncamlar həmişə olub, amma biz əmin deyildik ki, nə zaman olaq. Deyirdik ki, Allah nə zaman qismət etsə, onda olar. Hilalı, yəqin sabah səhər azad edərlər, hamı sevinc içində gözləyir. Azadlığa buraxılan hər bir şəxsi və ailəsini təbrik edirik."

Şəklin mənbəyi, AFP
Hüquq müdafiəçisi <link type="page"><caption> Rəsul</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150817_rasul_jafarov_profile" platform="highweb"/></link><italic><bold> Cəfərovun qardaşı Sənan Cəfərov</bold></italic> BBC Azərbaycancaya deyib:
"Hər bayram gözləyirdik ki, nəsə olar, dəqiq bilmirdik amma. Bu xəbəri gözləmirdim. Özündən də soruşanda deyirdi ki, hər şey ola bilər, 50-50 şans var."
Cəfərov əlavə edib ki, dekabrda buraxılmadı, amma indi buraxılmağı gözlənilməz oldu. Mənə dostum zəng vurdu, metroda idim o vaxt, özümə yer tapa bilmirdim. Ailənin digər üzvləri də mənim kimidi. Bu, əsl bayram oldu bizim üçün. Bayrama hazırlaşmışdıq, indi ikiqat hazırlaşırıq."
Bloqçu <link type="page"><caption> Ömər Məmmədov</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140704_mammadov_huseynli_court" platform="highweb"/></link><italic><bold>un anası Təranə Məmmədova</bold></italic> üçün qərar "surpriz" olub.
"Xəbər gözləyirdik, amma keçən dəfəkinə görə, bilmək olmazdı. Çünki dekabrda heç bir siyasıi məhbus azad edilmədi. Bu qərar bizə sürpriz oldu. Ömər bu əfvdə inanrdı ki, buraxılacaq. Bayrama hazırlaşırdım, bayrama düşdü, gəlib evində keçirəcək inşallah", xanım Məmmədova BBC Azərbaycancaya deyib.

<italic>Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri <link type="page"><caption> Anar</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140702_osce_baku_declaration" platform="highweb"/></link></italic><bold><italic> Məmmədlinin </italic><italic>atası Asəf Məmmədov </italic></bold>xəbəri dostundan öyrənib.
“Sevincimin həddi hüdudu yoxdur. Çox həyəcanlıyam", ata BBC Azərbaycancaya danışır.
Oğlunu "gec də olsa" buraxdıqlarına görə sevindiyini deyən ata, bundan sonra da oğlunu hər bir addımında dəstəkləyəcini vurğulayıb.
"Mən Anarın siyasi baxışlarını dəyişə bilmərəm. Bu yola özü başlayıb, özü də getməlidir. Mən ona yolunu dəyiş deyə heç nə deməmişəm və deməyəcəm də!”, ata əlavə edir.
Musavat partiyasının başqan müavini <link type="page"><caption> Tofiq</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151105_tofig_yagublu" platform="highweb"/></link><italic><bold> Yaqublunun qızı Nigar Yaqublu</bold></italic> xəbəri mediadan öyrənib.
“Heç inanmırdım və gözləmirdim ki, atam bu dəfəki əfv fərmanına düşəcək. Ümidimi itirib çıxmışdım evdən, gedirdim bazarlıq etməyə. Çox sevinirəm”, deyə Nigar Yaqublu tənginəfəs təəssüratlarını BBC Azərbaycancanın müxbiri ilə paylaşır.
“Gecikmiş qərar olsa da ailə üçün sevindiricidir. Bunu da qəbul etmək lazımdır ki, xarici basqı olmasaydı bu gün heç bir siyasi məhbus azadlığa çıxmazdı”, Nigar deyir.
<italic><bold><link type="page"><caption> Rəşadət</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140506_nida_final_hearing.shtml" platform="highweb"/></link> Axundovun həyat yoldaşı Türkan Hüseynova </bold></italic>xəbəri kitab oxuyan zaman alıb.
"Kitab oxuyurdum, heç bir gözləntim yox idi. Zəng vurdular xəbəri verdilər. Heç gözləmirdim, şok oldum. Sabah çıxacağını hesab edirik, prosedur olaraq elə olur."
<italic><bold><link type="page"><caption> Pərviz</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140515_perviz_hashimli_judgment" platform="highweb"/></link> Həşimovun həyat yoldaşı İlahə Həşimova</bold></italic> BBC Azərbaycancaya deyib:
"Evdə idim, jurnalistlərdən biri zəng vurdu. Düzü inanmadıq, dekabrda gözləyirdik əfvə düşəcəyini. Dekabrda niyə buraxmadıqlarını bilmirəm. Çünki o vaxt heç bir siyasi məhbus buraxılmadı. Çox sevindik."
İlahə Həşimova deyir ki, hələlik qızı bu xəbəri eşitməyib.
"Qızı Zeynəb hər dəfə əfv fərmanı çıxanda çox stres keçirirdi, indi məktəbdədi, hələ xəbəri yoxdur. Zəngini gözləyirik, yəqin ya bu gün axşam, ya sabah buraxılacaq."




