Əfv fərmanı: azad edilənlərin nə qədər həbs müddəti qalmışdı?

Şəklin mənbəyi, Getty

Azərbaycanda prezident sərəncamına əsasən bir qrup hüquq müdafiəçisi və jurnalist həbs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bu Əfv Sərəmcamı ilə 150-ə qədər insan azad edilib. Onlar arasında beynəlxalq təşkilatların "vicdan məhbusu və siyasi məhbus" kimi tanıdıqları şəxslər də var.

  • Axundov <link type="page"><caption> Rəşadət</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140506_nida_final_hearing.shtml" platform="highweb"/></link> Fikrət oğlu - cəzasının 5 il çəkilməmiş hissəsindən azad edilib
  • Əzizov <link type="page"><caption> Məmməd</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140506_nida_final_hearing.shtml" platform="highweb"/></link>Rasim oğlu - cəzasının 4 il 6 ay çəkilməmiş hissəsindən azad edilib
  • Cəfərov Rəsul Ağahəsən oğlu - cəzasının 4 il 6 ay çəkilməmiş hissəsindən azad edilib
  • Həsənov <link type="page"><caption> Rəşad</caption><url href="http://www.bbc.com/azeri/international/2013/03/130314_nida_accusations" platform="highweb"/></link> Zeynalabdin oğlu - cəzasının 4il 6 ay çəkilməmiş hissəsindən azad edilib
  • Həşimov <link type="page"><caption> Pərviz</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140515_perviz_hashimli_judgment" platform="highweb"/></link> Kamran oğlu - cəzasının 5 il 6 ay çəkilməmiş hissəsindən azad edilib
  • Xasməmmədov <link type="page"><caption> Taleh</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150805_taleh_xasmammadov_mother" platform="highweb"/></link> Vidadi oğlu - cəzasının 1 il 11 ay çəkilməmiş hissəsindən azad edilib
  • Kərimli <link type="page"><caption> Sirac</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151016_media_review_10_16" platform="highweb"/></link> Raqif oğlu - cəzasının 4 il 4 ay çəkilməmiş hissəsindən azad edilib
  • Məmmədli <link type="page"><caption> Anar</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140702_osce_baku_declaration" platform="highweb"/></link> Asəf oğlu - cəzasının 3 il 3 ay çəkilməmiş hissəsindən azad edilib
  • Məmmədov <link type="page"><caption> Hilal</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2013/09/130927_hilal_mammadov_verdict" platform="highweb"/></link> Əlif oğlu - cəzasının 1 il 6 ay çəkilməmiş hissəsindən azad edilib
  • Məmmədov <link type="page"><caption> Ömər</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140704_mammadov_huseynli_court" platform="highweb"/></link> Elyar oğlu - cəzasının 2 il 8 ay çəkilməmiş hissəsindən azad edilib
  • Sadıqov <link type="page"><caption> Yadigar</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/01/140113_yadigar_sadigov_sentenced" platform="highweb"/></link> Sadıq oğlu - cəzasının 3 il 3 ay çəkilməmiş hissəsindən azad edilib
  • Yaqublu <link type="page"><caption> Tofiq</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151105_tofig_yagublu" platform="highweb"/></link> Rəşid oğlu - cəzasının 2 il 11 ay çəkilməmiş hissəsindən azad edilib

<link type="page"><caption> N!DA Vətəndaş Hərəkatının İdarə Heyəti</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140506_nida_final_hearing.shtml" platform="highweb"/></link>nin üzvü <italic><bold>Rəşadət Axundov</bold></italic> 2013-cü ilin martında “mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, -partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə”də ittiham edilib və 2014-cü ilin mayında azadlıqdan məhrum edilib.

Fəal ötən ilin martından iyun ayına kimi "Əsgər Ölümlərinə Son" aksiyası ərəfəsi və sonrası həbs olunub və kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur. Human Rights Watch təşkilatı illik hesabatında onu "vicdan məhbusu" adlandırıb.

NİDA Vətəndaş Hərəkatının üzvü Əziz Məmmədov 2013-cü il martın 7-də narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib. 2014-cü ilin mayında o, kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən səkkiz N!DA fəalından biri kimi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. «Amnesty International» təşkilatı onu vicdan məhbusu elan edib.

Resul Ceferov azadliga buraxilib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rəsul Cəfərov cəzasının 4 il 6 ay çəkilməmiş hissəsindən azad edilib

Hüquq müdafiəçisi<bold><link type="page"><caption> Rəsul Cəfərov</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150817_rasul_jafarov_profile" platform="highweb"/></link></bold> 2014-cü il avqustun qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq 2015-ci il aprelin 16-da 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə ona qarşı, həmçinin mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub. Rəsul Cəfərov özünü heç bir ittihamda təqsirli bilməyib və məhkəmə qərarını "siyasi sifariş" adlandırırdı.

"N!DA" İdarə Heyətinin üzvü <link type="page"><caption> Rəşad Həsənov</caption><url href="http://www.bbc.com/azeri/international/2013/03/130314_nida_accusations" platform="highweb"/></link> 2013-cü ilin martında mütəşəkkil olaraq qanunsuz odlu silah saxlamaqda ittiham olunub və 2014-cü ilin mayında 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pərviz Həşimli cəzasının 5 il 6 ay çəkilməmiş hissəsindən azad edilib

Şəklin mənbəyi, Turan

Şəklin alt yazısı, Pərviz Həşimli cəzasının 5 il 6 ay çəkilməmiş hissəsindən azad edilib

"Bizim Yol" qəzetinin jurnalisti və moderator.az saytının direktoru <link type="page"><caption> Pərviz Həşimli</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140515_perviz_hashimli_judgment" platform="highweb"/></link> 2013-cü il sentyabrın 17-də həbs olunub. Ona qarşı "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı" və "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma" maddələri ilə cinayət işi açılıb və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Taleh Xasməmmədov cəzasının 1 il 11 ay çəkilməmiş hissəsindən azad edilib

Şəklin mənbəyi, Azadliq Radiosu

Şəklin alt yazısı, Taleh Xasməmmədov cəzasının 1 il 11 ay çəkilməmiş hissəsindən azad edilib

Hüquq müdafiəçisi Taleh Xasməmmədov 2015-ci ilin fevralında "xuliqanlıq" ittihamı ilə həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Müsavatçı Fərəc Kərimlinin qardaşı, siyasi mənsubiyyəti olmayan Sirac Kərimli 2015-ci ildə 6 il azadlıqdan məhrum edilib. O, 2014-cü il iyulun 17-də "külli miqdarda narkotik saxlama, satma maddəsi ilə həbs olunub. "Amnesty İnternational" təşkilatı Sirac Kərimlini "vicdan məhbusu" kimi tanıyıb.

Anar memmedli azadliga buraxilib
Şəklin alt yazısı, Anar Məmmədli cəzasının 3 il 3 ay çəkilməmiş hissəsindən azad edilib

2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri <link type="page"><caption> Anar Məmmədli</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/09/140929_anar_mammadli_havel_hr_prize" platform="highweb"/></link>yə 5 il 6 ay həbs cəzası kəsib. O və digər SMTD əməkdaşları "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham olunub.

Hilal Məmmədov azadlığa buraxılıb

Şəklin mənbəyi, Tolishi Sado

Şəklin alt yazısı, Hilal Məmmədov cəzasının 1 il 6 ay çəkilməmiş hissəsindən azad edilib

“Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov 2012-ci ilin iyun ayında həbs olunub. Ona qarşı dövlətə xəyanət, milli nifrət və düşmənçiliyin salınması, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və ittihamı irəli sürülüb. 2013-cü il sentyabrın 27-də o, 5 il azadlıqdan məhrum edilib.

Bloqçu <link type="page"><caption> Ömər Məmmədov</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140704_mammadov_huseynli_court" platform="highweb"/></link> 2014-cü ilin yanvarında narkotik maddə ittihamı ilə həbs edilib və iyun ayında o, 5 il azadlıqdan məhrum edilib.

Adam döyməklə xuliqanlıq etməkdə ittiham olunan Müsavat Partiyası başqanının müşaviri <link type="page"><caption> Yadigar Sadıqov</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/01/140113_yadigar_sadigov_sentenced" platform="highweb"/></link> 2014-cü ilin yanvarında altı il azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu azadlığa buraxılıb

Şəklin mənbəyi, musavat.com

Şəklin alt yazısı, Tofiq Yaqublu cəzasının 2 il 11 ay çəkilməmiş hissəsindən azad edilib

Müsavat partiyasının sədrinin müavini və jurnalist Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub. Ona qarşı kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərmək maddələri ilə cinayət işi açılıb. 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin noyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb.