Arif Məmmədov səfir rütbəsindən məhrum edilib

Şəklin mənbəyi, Arif Mammadov
Azərbaycan prezidenti İlham Əliyev Arif Məmmədovun "fövqəladə və səlahiyyətli səfir" diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verib.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram", prezident.az yazır.
Azərbaycanın Avropa İttifaqı yanında və Avropa Şurasında səfiri olmuş Arif Məmmədov bu ilin mayında hakimiyyəti tənqid etdikdən sonra vəzifəsindən azad edilib.
Bundan əlavə, Azərbaycan Məmmədov barəsində cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.
Arif Məmmədov dövlətə külli miqdarda ziyan vrumaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunur.
O, bu addımları hökuməti tənqidinə cavab hesab edir.
