Prezident sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını istəyib

Şəklin mənbəyi, Getty
Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini Milli Məclisə göndərib, rəsmi Azərtac agentilyi xəbər verir.
Qanun layihəsinə görə, noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Bu müddət ərzində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə müəyyən edilmiş yoxlamalar aparıla bilər.
Qanun layihəsinin Milli Məclisin çərşənbə axşamı keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Bundan əlavə Azərbaycan prezidenti lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı fərman imzalayıb.
Fərmanda sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən ASAN xidmət mərkəzlərinə verilməsi nəzərdə tutulub.
<link type="page"><caption> Oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin iclasında</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151013_ilham_aliyev_speech" platform="highweb"/></link> prezident İlham Əliyev yerli sahibkarlara yaradılan problemlərdən danışmışdı.
