Bakıda Avropa Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib

Şəklin mənbəyi, EPA

Bakıda Olimpiya Stadionunda Birinci Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

İyunun 12-dən Azərbaycan paytaxtında davam edən Birinci Avropa Oyunları bugün başa çatıb.

"Baku-2015" I Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti üzvü iştirak edib.

Azərbaycanı I Avropa Oyunlarında 291 idmançı təmsil edib.

Azərbaycan yığması milli komandalar arasında medal və toplanan xal yarışında 56 medalla Avropa Oyunları çədvəlində ikinci yer tutub.

164 medal qazanmış Rusiya komandası 1-ci yeri, 47 medal qazanmış Britaniya isə 3-cü yerləri tutublar.

66 medal qazanmış Almaniya yığması komanda cədvəlində 4-cü yerə çıxıb.