ABB sədri Cahangir Hacıyev istefa verib

Şəklin mənbəyi, trend.az

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev öz istəyi ilə səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib, bankın saytında yazılıb.

Bu barədə qərar, ABB-nin Müşahidə Şurasının 18 mart 2015-ci il iclasında keçirilmiş iclasında verilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Beynəlxalq Bank 1992-ci ilin 30 dekabrından fəaliyyətdədir və Azərbaycanın ən böyük bankı hesab edilir.