#BBCAzeriTrending: Hadı Rəcəblinin müəllimlərlə bağlı şərhi qəzəb yaradıb

Millət vəkili Hadı Rəcəblinin müəllimlərin əsas işlərindən əlavə iş görüb qazanc əldə etmələrilə bağlı şərhləri Azərbaycan sosial mediasında sarkastik və qəzəbli şərhlərə səbəb olub.

Milli Məclisin sosial siyasət komissiyasının sədri olan Hadı Rəcəbli həmçinin vətəni Lənkəranda bir müəllimi misal gətirib və onun məktəbdən sonra əlavə pul qazanmaq üçün fəhlə işlədiyini deyib.

Ancaq daha sonra verdiyi açıqlamada millət vəkili, onun Trend agentliyinə müsahibəsindən bu hissənin kontekstdən çıxarılaraq yayıldığını bildirib.

“Mənim müsahibəm müəllimlərə yönəlmiş deyil. Mən müsahibədə insanların əməkdən utanmalı olmadıqlarını, çalışmağa həvəsli olmalarını qeyd eləmişəm", o APA-ya açıqlamasında deyib.

Ancaq bu, Facebook-da istifadəçilərin qəzəbli şərhlərinin qarşısını ala bilməyib.

"Mən bənnalıq edə bilmirəm, müəllimlər üçün inşaat kurslarının açılmasını təklif edirəm", istifadəçilərdən biri yazıb.

Fəhlə işinə müəllimlik bacarıqları olan şəxsin axtarıldığı barədə elan karikaturası yayılıb.

Şəklin mənbəyi, Aziza Ismailova

Şəklin alt yazısı, Fəhlə işinə müəllimlik bacarıqları olan şəxsin axtarıldığı barədə elan karikaturası yayılıb.

Digərləri millət vəkilinin təklifini "axmaqlıq, gicbəsərlik" adlandırıb.

"Belə millət vəkillərinin olması bu parlamentin nə qədər lazımsız olduğunu göstərir", istifadəçi Nicat Malikov yazır.

"Millət vəkillərimiz hökumətimiz kimidir", istifadəçi "Cebrayil Melikzade" "Hamam Times" Facebook səhifəsində şərh edib.

<link type="page"><caption> Həmçinin oxuyun: Pensiyalar niyə cüzi qalxıb? Hadı Rəcəbli cavab verir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/03/140303_hadi_rejebli_intv" platform="highweb"/></link>

"Bu Hadıdan yeni zarafatdır?" "Ziko Muhtaroff" adlı istifadəçi sual edib.

"Siz deputatlar fəhlələr kimi az maaş alsaydınız, nəinki işləməyə, heç danışmağa gücünüz olmazdı", "Saida Alieva" şərh edib.

"Dzhoshgun Gadzhizade" yazıb ki, müəllimlər belə şərhlərə layiqdir, çünki onlar "seçkilərin saxtalaşdırılmasında" iştirak edir.

"Elnur Naghiyev" razılaşıb və deyib ki, bu həmin müəllimlərə verilən mükafatdır.

Bir istifadəçi fəhlə işinə müəllimlik bacarıqları olan şəxsin axtarıldığı barədə elan karikaturası paylaşıb.

İlk dəfə deyil ki, millət vəkillərinin şərhləri sosial mediada partlayış yaradır.

Daha öncə, deputat Siyavuş Novruzovun <link type="page"><caption> Molotov kotleti</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140418_trending_molotov_kotlet" platform="highweb"/></link> sözləri çoxlu reaksiyalar doğurmuşdu.

Sosial media icmalını BBC Monitoring hazırlayıb.