Azərbaycan Müdafiə Nazirliyi "təxribat" iddialarını təkzib edir

Şəklin mənbəyi, modgovaz
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında Azərbaycanın cəbhədə "təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi" barədə məlumatları "uydurma" adlandırıb.
Şənbə günü rəsmi Yerevan deyib ki, cəbhə xəttindəki atışma nəticəsində Azərbaycan əsgərləri erməni əsgərini öldürüb.
Ermənistan mediasında verilən məlumata görə, öldürülən əsgərin adı Arman Arutyunyandır.
Hadisə şimali Ermənistanda, Voskevan şəhərində baş verib, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyandan sitat gətirilir.
"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır", Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

