Şəkidə AXCP fəallarının məhkəməsi gedir

Fəalların saxlanılması bir neçə gün öncə şəhərdə “Xədicə İsmayılovaya azadlıq!" şüarların peyda olmasından sonra baş verir, AXCP iddia edir.

Şəklin mənbəyi, Khadija ismayil

Şəklin alt yazısı, Fəalların saxlanılması bir neçə gün öncə şəhərdə “Xədicə İsmayılovaya azadlıq!" şüarların peyda olmasından sonra baş verir, AXCP iddia edir.

Şəkidə "polisə müqavimət" və "xırda xuliqanlıq" maddələri ilə ittiham edilən AXCP fəallarının məhkəmə prosesi gedir.

Başqa bir fəal, partiyanın Şəki şöbəsinin rəhbəri Rauf Əbdürəhmanlı isə sərbəst buraxılıb.

Fəalların saxlanılması bir neçə gün öncə şəhərdə inzibati binaların, dirəklərə üzərində “Xədicə İsmayılovaya azadlıq!" şüarların yapışdırılmasından sonra baş verir, Azərbaycan Xalq Cəbhəsi Partiyası iddia edir.

Hərçənd ki, Şəki şəhər polisi bu iddiaları rədd edib.

Məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxlamaq hələlik mümkün olmayıb.

AXCP sədr müavini Gözəl Bayramlı BBC Azərbaycancaya bildirib ki, fəallar Əli Abdullayev və Mübariz Əbdülkərimov ötən axşam saxlanılıb.

"Mübariz Əbdülkərimovu iş yerindən aparıblar, onun arxasında polis şöbəsinə gələn Əli Abdullayevi isə şöbənin qarşısında saxlayıblar".

Gözəl Bayramlı bildirib ki, Rauf Əbdürrəhmanlı şüarları "yaydığını boynuna alsa" da, polisdən səbəbin bu olmadığı bildirilib və o sərbəst buraxılıb.

Onun sözlərinə görə, məhkəmə iclasının sonunda fəallar inzibati məsuliyyətə cəlb oluna bilər.

Yanvarın 13-dən siyasi məhbuslarla bağlı kampaniyaya başlayan partiya, "#FreeKhadija", "#Xediceniazadet" haşteqialtında jurnalistin fotosu və yazılarını sosial şəbəkələrdə paylaşmaq, eləcə də jurnalistə məktublar yazmağa çağırıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 5-də "öldürmə həddinə çatdırmaqda" ittiham olunur. O təqsirli bilinərsə, yeddi illik həbs cəzası ala bilər.