Azərbaycanda Hellouinin qeyd olunmasına necə baxırsınız?

Şəklin mənbəyi, AFP
Dünyanın bir çox ölkəsində oktyabrın 31-də Hellouin (Halloween) qeyd edilir. Həmin gün gənclər və uşaqlar qorxulu kostyum geyinir, qapı-qapı gəzərək şirniyyat yığırlar.
BBC Azərbaycancanın Azərbaycanda keçirilən Halloween partiləri barədə sorğusu bir çox izləyici tərəfindən cavablanıb. "Hellouin partisinə gedəcəksinizmi? Bu günü qeyd edirsinizmi?" suallarına çoxunun reaksiyası mənfi olub.
"Yox Azərbaycanda və müsəlmanlarda belə bayram yoxdu.. Məndə qeyd etmirəm", Nail Isgenderov BBC Azərbaycancanın Facbeook səhifəsində yazıb.
@Rashadbaku Twitterdə @bbcazeri-yə cavab yazıb: "Özümüzün gözəl bayramlarımıza nə gəlib..? qəti əlehinəyəm #Azerbaycan da qeyd olunmasına.."
"Bu bayramdan bizə nə? Bizim belə bir bayramımız olsaydı Amerikalılar ona vəhşilik diyərdi bəlkə də. Mən özüm Amerikada yaşayıram ama belə şeylərə baş qoşmaram", Emir R. Yılkıcı Facebook-da yazıb.
Nidjat Abdullaev isə deyir: "Şəkər xəstəsi olare adam Amerikada".
"Uşaqlar sevinir"
Amma bəziləri Hellouin bayramını qeyd ediblər.
Yagmur Kerimli yazır: Hə biz qeyd edirik, əslən cuhudam, amma chox maraqlı bayramdır həmdə gənclər bayramıdır məqsəd əylənməkdir fərqi nədirki hansı ölkənin bayramıdır əsas özü üçün əylənsin daxilində sevinsin yaşasın".
Gulnare Mustafayeva BBC Azərbaycancaya şəkil göndərərək yazıb: "Mən dünən partidə oldum Ukraynanın Xarkov şəhərindəyəm. Çox gözəl və əyləncəli keçdi", o deyir.

Şəklin mənbəyi, GULNARE MUSTAFAYEVA
Nariman Abbaszade: "Bu beynəlxalq bayramdır və istənilən hər [ölkə] yada istənilən yer bu bayramı qeyd edə bilər. Əgər novruz deyirsiz Novruz kimi çoxdan olsaydı onda bu milli bayram olardı mən şəxsən özüm bu gün bu bayramı qeyd eləmişəm heç kim mənə heçnə deyə [bilməz].
Terane A Heshimova: "5 il əvvəl iştirak eləmişəm. Maraqlı idi".
"Bu bayram USA boyulk bir ses kuyle keciriler bashlangiji meksikadan bashlayib ushaglarin bayramidi , Uşaqlar qorxunc palatar geyinib gapı döyürlər və şirinliklər alırlar", Leyla Babaeva yazır. "Biz London[da] yaşayırıq burda bu bayram o qədər də məşhur deyil amma yenə sağ olsunlar o insanlar ki bu bayramı qeyd edirlər və evlərində dekor[asiya] var, mən və qızım qapıları [döydük və çoxlu şirniyyat aldıq]. Sadəcə olaraq uşaqlar sevinir", o deyir.
"Onsuzda qorxulu vəziyyətdəyik"
"Elə, həyatımız başdan ayağa Hellouindidəə. Birdə əziyyətə salıb nöş gedəy bu bayrama", Firuz Mehdizade sual edib.
"Onsuzda qorxulu vəziyyətdəyik", Ceyhun Rasulov yazır.
"Azərbaycanda marşrutlarda bu gün hər gün qeyd olunur. Sərnişinlər kaskadyorluq edir, Sürücülər şumaxerlik", Yaqub Mammadov şərh yazıb.
Novruzla müqayisə
Bəziləri Hellouini azərbaycanlılara daha tanış olan Novruz bayramı ilə müqayisə edib.
"Papaq atdidi daa, fərq ordadıki, bizdə kosayla keçəl olur, olarda zombilər", Namiq Aga yazıb.
Samir Maharram: "Bizim Kosamız və Keçəlimiz var. İldə bir dəfə gəlib paylarını aparırlar. Halloween bizlik deyil. Bir dəki niyə biz başqa millətin adətlərini götürməliyik?"
"Biz şirniyyatı Novruzda yığırdıq Halloween nədi yox bir hamam özümüzün gül kimi Novruzmuz varda", Into Musayev belə düşünür.
Amma Reshad Esedlinin fikrincə nə Novruz, nə də Hellouin qeyd edilməməlidir. "Müsəlmanların iki bayramı var: Ramazan və Qurban. Nə halloween, nə yeni il, nə novruz və s. heç biri müsəlman üçün deyil", o deyir.




