Statoil Şah Dəniz yatağındakı payını satıb

Şəklin mənbəyi, AFP
Norveçin Statoil şirkəti Azərbaycanın Şah Dəniz yatağındakı 15,5 faizlik iştirak payını Malaysiyanın Petronas şirkətinə 2,25 milyard dollara (1,76 milyard AZN) satıb.
Bundan əvvəl may ayında Fransanın neft nəhəngi Total həmçinin Şah Dənizdəki 10 faizlik iştirak payını Türkiyənin TPAO şirkətinə satmışdı.
"İnvestisiyanın satılması portfoliomuzu optimallaşdırır və maliyyə çevikliyimizi gücləndirir", Statoil şirkətinin inkişaf üzrə rəhbəri Lars Christian Bacher deyib.
Məlumata görə, Statoil Azəri-Çıraq-Günəşli neft yatağındakı 8,56 faizlik iştirak payını və Trans-Adriatik boru kəmərindəki (TAP) 20 faizlik iştirak payını satmayıb.
Şah Dəniz yatağını BP-nin rəhbərliyi ilə, TPA (Türkiyə), ARDNŞ (Azərbaycan), Lukoil (Rusiya) və Nico (İran) şirkətləri idarə edir.
