İran qəzetində futbolçuların köynəklərindəki “Azərbaycan loqosu yığışdırılıb”

Atletico Madrid futbloçularının köynəklərində Azerbaijan Land of Fire (Azərbaycan - Odlar Yurdu) şüarı əks olunub.

Şəklin mənbəyi, REUTERS

Şəklin alt yazısı, Atletico Madrid futbloçularının köynəklərində Azerbaijan Land of Fire (Azərbaycan - Odlar Yurdu) şüarı əks olunub.

Belə görünür ki, İran qəzetlərindəki fotolarda Atletico Madrid oyunçularının köynəklərindəki Azerbaijan Land of Fire (Azərbaycan Odlar Yurdu) reklam şüarı şəkildən yığışdırılıb.

30 apreldə UEFA Çempionlar Liqasının yarılmfinalında Atletico ilə Chelsea klubu yarışıb.

Ertəsi gün Jam-e Jam qəzetində oyunla bağlı dərc edilmiş şəkillərdə futbolçuların üzərindəki reklam loqosu olmayıb.

Azərbaycanlı Facebook grupu “İran Azərbaycan sözünü qəbul edə bilmir” sözlərilə müşayiət edilən qəzet səhifəsinin şəkillərini internetə yerləşdirib.

Atletico Madrid Azərbaycanla sponsorluq razılaşmanın siyasi müstəvisi barədə səmimidir, "Altered Images" bloqunda deyilir.

Azərbaycanlı Facebook qrupu “İran Azərbaycan sözünü qəbul edə bilmir” sözlərilə müşayiət edilən qəzet səhifəsinin şəkillərini internetə yerləşdirib
Şəklin alt yazısı, Azərbaycanlı Facebook qrupu “İran Azərbaycan sözünü qəbul edə bilmir” sözlərilə müşayiət edilən qəzet səhifəsinin şəkillərini internetə yerləşdirib

Klub “Azərbaycan imicinin” inkişafı və beynəlxalq aləmdə ölkə barədə agahlığı artırmaq niyyətində olduğunu bildirir.

Azərbaycanla İran münasibətlərində ara-sıra gərginliklər yaşanır. Bakı Tehranı Ermənsitanı dəstəkləməkdə ittiham edir.

Tehran isə Azərbaycanı Qərblə əlaqalərinə görə tənqid edir.

Lakin bu kimi həssaslıqlara rəğmən digər İran nəşrləri həmin matçın redaktə olunmamış şəkillərini yayıblar.

Jam-e Jam qəzetinin qərarının siyasi məqsədli olub-olmadığı naməlum qalır.

Bəzi İran qəzetləri kommersiya səciyyəli reklamı müntəzəm şəkildə yığışdırırlar.