Şahid: "Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı təzyiq altında ifadə vermişəm"

Ötən ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlara görə Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovla yanaşı daha 16 nəfərin məhkəmə işi davam etdirilir
Şəklin alt yazısı, Ötən ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlara görə Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovla yanaşı daha 16 nəfərin məhkəmə işi davam etdirilir

İsmayıllı iğtişaşlarında iştirak etmək ittihamı ilə saxlanılanların Şəkidə keçirilən məhkəməsində Elşən İsmayıllı Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı ifadə verməkdən imtina edib.

Vəkil Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, şahid qismində çıxış edən cənab İsmayıllı ümumiyyətlə hadisələr baş verən zaman rayonda olmadığını deyib.

“İttiham aktında göstərilir ki, Elşən və Mirkazım Abdullayev Tofiq Yaqublu və İlqar Məmmədov tərəfindən polislərə daş atmağa təhrik olunub. Amma Elşən ifadəsində günortadan sonra ümumiyyətlə rayonda olmadığını deyib”, Kərimli bildirib.

Vəkilin sözlərinə görə, İsmayıllı məhkəmədə ibtidai istintaqa ifadəni təzyiq altında verdiyini deyib.

Cənab Yaqublu və cənab Məmmədli bu ilin yanvarında İsmayıllıda icra başçısına qarşı <link type="page"><caption> narazılıq</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130124_ismayilli_riots.shtml" platform="highweb"/></link>dan sonra 16 nəfərlə birgə həbs olunub.

Onlar Cinayət Məcəlləsinin "zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə" və ya belə iğtişaşlarda iştirak etmə" və "hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə" maddələri ilə təqsirli bilinib.

Baş Prokurorluq və Daxili Işlər Nazirliyi birgə məlumatlarında Məmmədov və Yaqublunun İsmayıllı səfəri oradakı "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi göstərilir.

Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.