Azərbaycanlı internet istifadəçiləri: Michelle Obama “qısqanclıq” edir

ABŞ prezidenti Barack Obamanın dekabrın 10-da Nelson Mandelanın anım mərasimində avtoportret - selfie çəkməsi azərbaycanlı sosial media istifadəçilərinə əyləncə yaşadıb.
Çox istifadəçilər bildirib ki, Michelle Obama “qısqanclıq” edir.
Dekabrın 10-da ABŞ prezidenti Barack Obama Johannesburg şəhərində Nelson Mandelanın anım mərasimində Böyük Britaniya baş naziri David Cameron və Danimarkanın baş naziri Helle Thorning-Schmidtlə birgə "selfie" çəkib.
Şəkli "Günün fotosu" albomunda paylaşan fəal Elnur Məcidli öz “divarında” ingiliscə yazıb ki, “Əziz Barak Obama: Yas mərasimləri “selfie” çəkdirmək yeri deyil. Yasa gəl, “selfie” çək”.
“HamamTimes” Facebook səhifəsində yayılmış şəkilə “qadın paxıllığı” adı verilib.
"Ərini qısqanır da.. boy, nətər də sifətini turşudub ee", Sadia Kapriznaya adlı istifadəçi yazıb.
İstifadəçilər həmçinin, şəkillərdə yer dəyişiminə də fikir verib. Fotolarda xanım Obama Danimarkanın qadın baş nazirinin yanında oturmuş əri ilə yerini dəyişib.
"Elə bil toydadırlar ee..”, Vəfa Kərimli bildirib.
“Bunlar yasa gəliblər, belə şənlənirlər”, Ülviyyə Aslan bildirib. Bu istifadəçinin sözlərinə görə, Obama və digər iki rəsmi yasa gələn adam üçün "çox şən" görünür.
"Ema" yazıb ki, "bunlar yasdaymış, mən də elə bildim, "beach"dədirlər (dəniz sahili). Həqiqətən də cənazə yaraşmayan hərəkətlərdir.
Sosial mediadakı reaksiyaların icmalını Bakıda BBC Monitorinq hazırlayıb.




